Rusiyada QİÇS problemi milli fəlakət dərəcəsinə gəlib çatıb. Lakin dövlət problemin miqyasını qəsdən kiçildir. Bu isə xəstəliyin nəinki ölkə daxilində, hətta başqa ölkələrə, xüsusilə də MDB dövlətlərinin vətəndaşları arasında sürətlə yayılmasına səbəb olur.
ONN media Alman mətbuatına istinadən xəbər verir ki, Rusiyanın MDB məkanının iqtisadi mərkəzi olmasını, habelə keçmiş SSRİ ölkələrindən, o cümlədən Azərbaycandan yüz minlərlə insanın sadəcə dolanmaq üçün şimala üz tutduğunu nəzər salsaq təhdidin səviyyəsini və dərəcəsini anlamaq o qədər də çətin olmaz.
Almaniyanın "Berliner Zeitung" qəzetinn müxbiri Ştefan Şoll dünya çempionatı öncəsi Rusiyadan reportaj hazırlayıb və diqqəti bu problemə cəlb edib. Müxbirin yazısı çempionata təşrif buyuracaq alman azarkeşləri üçün xəbərdarlıq kimi də qəbul olunur.
Jurnalist yazısına Rusiyanın Çeboksarı şəhərində Yana adlı İİV (İnsanın immun çatışmazlığı virusu-red.) virusuna yoluxmuş bir qadınla söhbətdən başlayır. Yana rəsmi orqanlar istisna olmaqla hər kəsdən xəstəliyə düçar olduğunu gizlədir, bununla bərabər hər hansı yaxınlıqdan qaçır. "Əgər səndə QİÇS-ə səbəb verən İİV virusu varsa səni ya narkoman, ya da fahişə adlandıracaqlar".
Jurnlalist Ştefan Şoll hakimiyyət orqanlarının QİÇS-ə qarşı mübarizədə formal rəqəmlərlə öyündüyünü yazır. Məsələn "Rospotrebnadzor"un (İstehlakçıların hüquqlarının qorunması üzrə üzrə Federal Xidmət-red.) rəhbəri Anna Popova QİÇS-lə mübarizəyə həsr olunmuş konfransda ölkəsinin bu xəstəliyə qarşı gen müalicəsi sahəsində xüsusi dərman hazırladığını bildirib. Popova bu dərmanın tezliklə klinik sınaqlar üçün buraxılacağını söyləyib.
Rusiya Dövlət Dumasını deputatı Gennadi Onnişenko isə dövlətin QİÇS-ə qarşı strategiyasını tərifləyərək hər il ölkə vətəndaşlarının 23%-nin QİÇS testini verdiyini bəyan edib. Onun sözlərinə görə Rusiyanın 320 min HİV-ə yoluxmuş vətəndaşı müalicə almaqdadır. Lakin Onişşenko belə Rusiyada 990 mindən çox QİÇS xəstəsinin olduğunu etiraf etməyə məcbur qalıb.
Müstəqil ekspertlər isə vəziyyətin rəsmi rəqəmlərdən daha fəlakətli olduğunu bildirirlər. Onların təsbitlərinə əsasən Rusiyada 1,5 milyon İİV-ə yoluxmuş insan yaşayır. Bu ölkə əhalisini 1%-nə bərabərdir. Yəni Rusiyada əsl QİÇS epidemiyasından danışmaq olar.
"Dəqiq rəqəmləri heç kim bilmir. 30-50 yaş arası bir çox rusiyalı özünü İİV virusu daşıdığından xəbəri belə yoxdur. Hələ keçən il Rusiyada İİV virusuna yoluxmadan 24 min insan vəfat edib", İİV lə mübarizə fondunun Kazan bölməsinin rəhbəri İlnur Muxamecanov müxbirə deyib.
İlnur Muxamecanov İİV-in Rusiyada aşağı təbəqələrin xəstəliyi olaraq qəbul edilməsindən şikayətlənir. O, yoldaşı Svetlana İzimbayeva ilə birlikdə dünyadakı bir çox fondun nümunəsinə uyğun olaraq Rusiyanın böyük konsernlərinə və varlı iş adamlarını QİÇS mövzusuna daha çox diqqət və maliyyə vəsaiti ayrımağa çağırıb.
Ştefan Şollun yazdığına görə vəziyyəti çətinləşdirən Rusiyada QİÇS problemləri iə məşğul olan bir çox qeyri-hökumət təşkilatının xaricdən pul aldığına görə, qəbul edilən yeni qanunla "xarici agent" elan olunmasıdır. Bu isə həmin təşkilatların effektiv fəaliyyət göstərməsinə ciddi əngəl törədir.



Ölümcül yorğunluq QİÇS-in əlaməti ola bilər
DİQQƏT- Bu virusdan ehtiyyatlı olun
Tibb tarixində İLK - Xəstə QİÇS-dən SAĞALDI
Almaniya Rusiyanın hücumuna hazırdır
Almaniya bu tarixdə Rusiyanın neft və kömüründən İMTİNA EDƏCƏK
Alman ordusu tarixində ən böyük təxliyə əməliyyatını keçirdi
Məsud Özildən gözlənilməz qərar
Almaniya məhkəməsi Puçdemonu İspaniyaya təhvil verməyi qərara alıb
Naxçıvanda yeni tibb müəssisələri yaradıldı
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
Almaniya yığmasının əməkdaşları cərimələndi
Bu ölkədə dövlət çevrilişi planlaşdırılıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 