Qazaxıstan Respublikasının Cənubi Qazaxıstan vilayətinin adı dəyişdirilib.
ONN media “TRTAvaz”a istinadən xəbər verir ki, ölkə Prezidenti Nursultan Nazarbayev vilayətin Türküstan adlandırılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, vilayətin mərkəzi Türküstan adlanacaq şəhərə köçürüləcək.
“Türküstan vilayətini mərkəzi yüz illərdir Qazax Xanlığının və bütün Türk dünyasının, siyasi, mənəvi qəlbi olan Türküstan şəhəri olacaq”, - N.Nazarbayev vurğulayıb.
Qeyd edək ki, Cənubi Qazaxıstan vilayəti 1932-ci il martın 10-da yaradılıb. 1962-ci il mayın 3-dən 1992-ci il iyulun 6-dək bölgə Çimkənt adlanıb. 1992-ci ildən vilayət yenidən Cənubi Qazaxıstan adlanmağa başlayb. 2018-ci il iyunun 19-da Cənubi Qazaxıstan vilayətinin adı dəyişdirilib və Türküstan adlandırılıb.
Onun mərkəzi Çımkənd şəhərinə isə böyük şəhər statusu verilib. Ölkənin keçmiş paytaxtı Almatı da bu vilayətin tərkibinə daxildir. Vilayətin ərazisi 116 min 95 kv.km olmaqla Qazaxıstanın ümumi sahəsinin 4,3 faizini təşkil edir. Əhalisinin sayı 8 milyon 408 min 63 nəfərdir. Qışı mülayim keçdiyindən vilayətdə pambıq, çəltik, taxıl, üzüm, meyvə, tərəvəz, tütün, çətənə becərirlər. Əlvan metallurgiya, maşınqayırma, kimya sənayesi, yüngül və qida sənayesi, balıqçılıq, meşə təsərrüfatı, heyvandarlıq sahələri də var. Türküstan da qazax, özbək, uyğur, koreyalı, rus, dunqan, tacik etnoslarının nümayəndələri yaşayırlar.



Sahibə Qafarova Qazaxıstana getdi
Nazarbayev ən böyük arzusundan danışdı
Tokayev Qazaxıstan Prezidenti vəzifəsinin icrasına başlayıb
Rus dilində olan yazı Qazaxıstan tenqesindən silinəcək
Qazaxıstanda «TÜRKİSTAN MEDİA» Beynəlxalq mərkəzi açılıb
Nazarbayevin bacısı oğlu saxlanıldı, özü isə...
Nazarbayev xəstəxanaya yerləşdirildi
Nazarbayev Bülbüloğluna məktub ünvanladı
SON DƏQİQƏ: Nazarbayev vəzifəsindən çıxarıldı
Qazaxıstanda paytaxtın adı yenidən dəyişdirildi
Qazaxıstan iğtişaşlarında Soros izi və sabiq nazir...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 