ONN media xəbər verir ki, Qazaxıstanda Azərbaycan, Türk, Qazax, Qırğız, Özbək, Rus və İngilis dillərində informasiya paylaşacaq «TÜRKİSTAN MEDIA» Beynəlxalq mərkəzi açılıb.
Qazaxıstanın Türküstan şəhərində keçirilən “Türküstan: yeni informasiya fəzası” Beynəlxalq Jurnalistlər Forumu çərçivəsində «TÜRKİSTAN MEDIA» beynəlxalq media mərkəzi və «TÜRKİSTAN intelekktual klubu” açılıb. Tədbirdə Qazaxıstanla yanaşı, Azərbaycan, Türkiyə, Qırğızıstan və Tatarıstandan gələn media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Türküstan valisi Janseyit Tüymebayev yeni mərkəzlərin Türküstanın türk dünyasının mənəvi və informasiya mərkəzinə çevrilməsinə mühüm təkan verəcəyini bildirib.
Media Mərkəzi türk dünyası ilə bağlı qazax, türk, azərbaycan, rus, ingilis, özbək və qırğız dillərində gündəlik informasiyalar yayacaq. Media mərkəzində brifinq və görüşlərin keçirilməsi üçün 70 nəfərlik zal mövcuddur. Eyni zamanda, mərkəz gündəlik iş rejimində fəaliyyət göstərmək üçün zəruri olan yeni cihazlar,kompyuterlər və internet şəbəkəsi ilə təmin olunub. Burada Türküstan vilayətinin regional mətbuat xidməti və Türküstandakı Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin tələbələrindən ibarət gənc jurnalistlər klubu işləyəcək. Türküstana gələn yerli və xarici jurnalistlər mərkəzin xidmətlərindən pulsuz istifadə edə bilərlər.
«TÜRKİSTAN» intellektual klubunda isə tanınmış ictimai xadimlərin iştirakı ilə milli-mənəvi dəyərləri, türk dünyasının ortaq maddi-ruhani mirasını təbliğ edən görüşlər, dəyirmi masalar keçiriləcək. Görüşlər xüsusi proqramla yerli televiziya kanallarında və sosial şəbəkələrdə canlı yayımlanacaq.
«TÜRKİSTAN MEDİA» beynəlxalq media mərkəzinin açılışı çərçivəsində vilayət qubernatorunun, türkdilli ölkələrdən jurnalistlər və alimlərin iştirakı ilə intektual klubun ilk toplantısı və bölgənin inkişafına həsr olunan brifinq keçirilib. İştirakçılar Türkistanın inkişafı ilə bağlı bağlı düşüncələrini bölüşüblər.



Türk şəhərlərinin nümayəndələri Şuşada toplandı
Cənubi Qazaxıstanda böyük dəyişiklik
Türk dünyasının birləşmiş dövləti yaradılır - Amreyev AÇIQLADI
Cümhuriyyətimiz Qazax dilində çap olunacaq
Sahibə Qafarova Qazaxıstana getdi
Qırğız prezidenti Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü
Türk və qırğız kanalları "Azerspace-1"də
"Türküstan" qəzetinin nəşrə başlamasından 14 il ötür
Bu il Şuşa daha bir böyük tədbirə ev sahibliyi edəcək
Türk dünyası heçkimə boyun əyməz- Çavuşoğlu
Şuşada mühüm konfrans başladı
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyası Həftəsi” keçirir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 