ABŞ kəşfiyyatı Donald Trampa prezident vəzifəsinin icrasına başlamazdan 2 həftə əvvəl Rusiyanın seçkilərə müdaxiləsi haqqında məxfi məruzə təqdim edib.
ONN media xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “The New York Times” qəzeti bildirib.
Məruzədə 2016-cı ildə prezident seçkilərinə təsir etmək məqsədi ilə Rusiyanın müdaxiləsindən danışılır. Sübutlar Rusiya zabitlərinin elektron yazışmaları və məktublarından ibarət idi. İnformasiyanı həmçinin Kremlə yaxın əlaqələrə malik olan “tam məxfi mənbə” vermişdi. Mənbə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə Kremlin müdaxiləni necə etdiyinə dair məlumat verib.
Trampla kəşfiyyatın görüşündə olan bir neçə mənbənin məlumatına görə, ABŞ prezidenti ona təqdim olunmuş məruzəyə həvəssiz yanaşırdı. Baxmayaraq ki, kəşfiyyatın liderləri məruzənin nəticələrini yekdilliklə qəbul etmişdilər. Nəşr yazır ki, Tramp ona təqdim olunmuş nəticələri o vaxtdan gizlətməyə çalışırdı.
“Trampın belə davranışı sübut edir ki, o, Vladimir Putinlə Helsinkidəki görüşü zamanı ABŞ-dakı seçkilərə müdaxilələrlə bağlı Rusiya tərəfinin inkarını qəbul etdi”, - “The New York Times” qedd edib.
Qeyd edək ki, Tramp Putinlə mətbuat konfransında “Rusiyanın seçkilərə müdaxiləsi haqqında araşdırma bizim ölkəmiz üçün fəlakətdir” söyləmişdi. Lakin ölkəsində bu açıqlamasına görə sərt tənqid olunandan sonra, CBS telekanalına müsahibəsində müdaxilənin olduğunu, lakin müdaxilənin seçkilərin nəticələrinə təsir etmədiyini bildirmişdi.
Rusiya Amerikadakı seçki prosesinə müdaxilə etdiyi barədə iddiaları qətə şəkildə inkar edir.



Trampdan ŞOK ETİRAF
ABŞ-ın Moskvadakı səfirliyində 10 il casus işləyib
Vəziyyət gərginləşir- Tramp onu quldur adlandırdı
Trampa qarşı yenidən sui-qəsdə cəhd edildi
Əliyev Trampa sui qəsdlə bağlı paylaşım etdi
Tramp ABŞ-ı həbsxanadan idarə edə bilər - Şok
“Bu, ölkəmiz üçün fəlakətdir” - Tramp
Trampın müşaviri işdən niyə uzaqlaşdırıldı?
Senat Trampa qarşı “çirkli hesabat” hazırlayıb
Tramp onun istefasını təsdiqlədi
ŞOK İDDİA: ABŞ-da prezidenti PUTİN SEÇİR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 