Seçkiqabağı qərargahımla Rusiya arasında heç bir sözləşmə yox idi.
ONN media bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Helsinkidə prezident sarayında Rusiya prezidenti Vladimir Putinlə danışıqların nəticəsinə görə keçirilən mətbuat konfransında deyib.
“Düşünürəm ki, Rusiyanın seçkilərə müdaxilə haqqında araşdırma bizim ölkəmiz üçün fəlakətdir. Düşünürəm ki, bu bizi bölür. Heç bir sözləşmə yox idi”, - Tramp birgə mətbuat konfransında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu mövzu Rusiya lideriylə görüşdə müzakirə olunub.
“Bu araşdırma dünyada iki ən böyük nüvə dövlətinin münasibətlərinə mənfi təsir göstərdi. Nüvə potensialının 90 faizi bizdədir. Bu araşdırma gülməlidir”, - o əlavə edib.
Seçkilərə Rusiyanın müdaxiləsi barədə suala cavabında isə Putin kəşfiyyatda işlədiyini və dosyelərin necə hazırlandığını bildiyini deyib.
"Bu məsələ ilə bağlı son qərarı operativ xidmət orqanları deyil, məhkəmələr verir. Sizə kim deyib ki, Tramp mənə güvənir və ya mən Trampa güvənirəm. Heç kəs heç kəsə güvənmir. Heç güvənmək də lazım deyil. Tramp öz ölkəsinin maraqlarını müdafiə edir. Seçki kampaniyası dövründə hansısa sövdələşmənin olması haqqında məlumat yalandır. Bəli, Trampın seçki kompaniyası dövründə Rusiya ictimaiyyətində ona böyük simpatiya olub. İstəyirdim ki, Tramp seçkilərdə qələbə qazansın", o vurğulayıb.
Putin Rusiyanın əlində Trampla bağlı kompromatların olması haqqında da suala cavab verib: "Tramp Moskvaya gələndə, mən heç onun Moskvada olduğunu bilməmişəm. Trampa böyük hörmətim var. O, biznesmen kimi gəlib. Peterburq İqtisadi Forumunda yüzlərlə amerikalı biznesmen iştirak edir. Biz onların hər biri haqqında dosye toplayırıq, kompromat hazırlayırıq?



Bu iddia Trampın siyasi karyerasına SON QOYA BİLƏR
Putindən Trampa gözlənilməz TƏKLİF
Tramp Rusiyanın G8-ə qaytarılmasını təklif etdi
Tramp və Putin arasında hansı məsələlər müzakirə olunacaq?
Trampdan ŞOK AÇIQLAMA
Tramp SÖZ VERDİ: Putinlə bağlı qapılar arxasında…
Tramp İrandan yeganə tələbini açıqladı
Makron və Tramp RAZILAŞDI: Rusiyanı 2020-ci ildə...
Putinlə Tramp telefonla 90 dəqiqə danışdılar - Nələr muzakirə edildi
Tramp: Bu söz Putin üçün komplimentdir
Tramp Putinlə zarafatlaşdı - “Xahiş edirəm qarışmayın”
Ağ ev bu görüşdən nə gözləyir?
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 