Ermənistanda növbədənkənar parlament seçkiləri mövcud siyasi vəziyyəti bu və ya digər şəkildə aydınlaşdırmağa görə keçiriləcək.
ONN media OLAYLAR- a istinadla xəbər verir ki, bu sözləri politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, hazırda fəaliyyət göstərən siyasi partiyalar açıq şəkildə son olaylarla bağlı öz mövqelərini ortaya qoymayıblar:
"Hələ də partiyalar daxilində belə vəziyyətdə kimi dəstəkləmələri ilə bağlı konkret mövqe yoxdur. Köçəryanın siyasətə qayıtması onu göstərir ki, Paşinyana rəqib olan, onun əleyhinə çıxış edən qüvvələri birləşdirmək niyyətindədir. Bu qüvvələrin kimlər olacağı hələlik bilinmir. Hazırda parlamentdə Daşnaksütyun və Çarukyan Bloku Paşinyanla bir araya gəlib, müəyyən məsələlərdə koalisiya şəklində fəaliyyət göstərir. Amma yaranmış şəraitdə bu koalisiyanın davamlı olub-olmayacağı məlum deyil. Daşnaksütyunun aparıcı simaları son olaylarla bağlı Paşinyana qarşı daha tənqidi mövqe sərgiləyirlər. Ona görə də bu partiyaların kimi dəstəkləyəcəyi və hansı platforma ilə çıxış etməsi də hələ aydın deyil".
Politoloq vurğulayıb ki, iqtidarın keçmiş sahibi olan Respublikaçılar Partiyası bundan sonrakı dönəmdə revanşa çalışacaq:
"Ona görə də respublikaçılar bütün vasitələr, o cümlədən xarici qüvvələrin dəstəyindən istifadə edə bilərlər. Onlar ilk növbədə Rusiyadan dəstək almaq istəyirlər. Əslində Paşinyan da Qərbdən dəstək ala bilər, amma bu dəstəyin Paşinyana kifayət edib-etməyəcəyini bilmək olmaz. Hazırda Paşinyanın ABŞ-a səfərinin təşkili - hökumət nümayəndələri ilə görüşləri, diaspor təşkilatlarının və ABŞ konqresmenlərinin konsolidasiyası məqsədilə iş görülür. ABŞ-dakı erməni icması xüsusilə kifayət qədər mütəşəkkil şəkildə fəaliyyət göstərir. Amma Paşinyana qarşı çıxan siyasi qrupların həm öz maliyyə imkanları, həm də onlara dəstək olan siyasi dairələrdə nüfuzu kifayət qədərdir. Ona görə də Ermənistanı həddən artıq gərgin siyasi mühit gözləyir".



" Əgər bu olmasa Paşinyan bacarmayacaq"- Politoloq
Paşinyana daha bir şans verildi
Parlament gücləri Paşinyana qarşı niyə birləşdi?
Ermənistanda parlamentin işi İFLİC OLDU
Köçəryanın açıqlaması müzakirə yaratdı: hakimiyyətə qayıdır?
Sabiq baş nazir Paşinyana qarşı
Ədliyyə Nazirliyi fəaliyyətsiz partiyaların ADLARINI AÇIQLADI
"Ermənistanda müharibə başlayır"-Politoloq
Fransanın mövqeyi parlamentdə kəskin TƏNQİD EDİLDİ
Paşinyan Qarabağ klanı ilə vuruşur - Açıqlama
Brayzadan Paşinyana ETİRAZ: Vasitəçi olsaydım...
Hansı partiyalar parlament seçkisində iştirak edəcək? - AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 