Ermənistanda inqilaba son qoymaq üçün növbədənkənar parlament seçkisinin keçirilməsi vacibdir.
ONN media Axar-a istinadla xəbər verir ki, bunu "News.am" saytına açıqlamasında erməni politoloq Armen Bədəlyan deyib.
"Məntiq deyir ki, bütün ölkənin siyasi qüvvələri situasiyaya adaptasiya olmalı, lazımlı addımlar atmalıdır. Bu, xüsusilə Respublikaçılar Partiyasına aiddir. Bunun üçün bir il lazım idi. Əvvəldən də növbədənkənar seçkinin keçirilməsi üçün bir il lazım olduğu deyilirdi. İrəvan Şəhər Şurasına keçirilən seçki göstərdi ki, partiyalar heç bir fəaliyyət göstərmədikləri, yeni situasiyaya adaptasiya olmadıqları üçün adekvat siyasət yürüdə bilmirlər. Bununla bərabər seçkidə böyük məğlubiyyətə məruz qalan Çiçəklənən Ermənistan və Daşnaksütyun partiyaları siyasətlərini dəyişməyiblər, əvvəlki kursda addımlamağa davam edirlər.
Hər iki partiya seçkidən dərhal sonra özlərini baş nazirdən uzaqlaşdırmalı, nazirlərini hökumətdən çıxarmalı, imic dəyişikliyi etməli, daxili, iqtisadi və xarici siyasətdə kobud səhvlərə yol verən baş naziri tənqid etməyə başlamalı idilər. Bəs nə baş verdi? Bu qüvvələr əvvəlki kursla getməyə davam etdilər, digər tərəfdən, onlar baş nazirin komandasından uzaqlaşmaq üçün ən uğursuz yolu seçdilər və faktiki olaraq Respublikaçılar Partiyasına qoşuldular", - deyə o bildirib.
Bədəlyanın fikrincə, artıq erməni partiyaları ölkədəki inqilabi prosesə son qoymalıdırlar:
"Bu partiyalar düşünürdülər ki, hansısa qanunun qəbulu ilə onlar prosesin bundan sonrakı inkişafının qarşısını alacaqlar. Lakin bu mümkün deyil. Dünya tarixində bu tip halların fiaskoya məruz qalması ilə bağlı çoxlu misallar var. Onlar bu yolla getdilər. Nəticədə onlar növbədənkənar seçkinin keçirilməsi prosesini sürətləndirdilər.
Ermənistanda inqilaba son qoymaq lazımdır. İrəvanda bu artıq merin seçilməsi ilə bitib. İrəvan Şəhər Şurasında artıq cəmiyyətin güvəndiyi müxalifət var. Analoji situasiya parlamentdə də olmalıdır. Xalqın güvəndiyi müxalifətin böyük səhvlərə yol verən hökuməti tənqid etməsi vacibdir. Lakin indiki halda xalqın güvəndiyi müxalifət hələlik yoxdur. İnqilabi proseslərə son qoymaq üçün legitim parlament formalaşdırılmalıdır. Bunun sayəsində hökumət özünün buraxılmasını inqilab və ya əksinqilaba bağalaya bilməyəcək.
İndiki zamanda növbədənkənar seçkidən sonra parlamentdə müxalifətin kimlərdən təşkil olunacağını söyləmək çətindir. Hər şey seçkidən asılı olacaq. Məncə, hələlik Çiçəklənən Ermənistan Partiyası, İşıq Bloku və bir az da Erməni Milli Konqresi Partiyasının şansı var".



Köçəryanın açıqlaması müzakirə yaratdı: hakimiyyətə qayıdır?
Paşinyan gücünü itirir
Paşinyan GERİ ADDIM ATDI: Ermənistan növbədənkənar seçkilərə gedir
Ermənistan prezidentindən Paşinyana GÖZLƏNİLMƏZ ZƏRBƏ
Deputatlığa namizədlərin nəzərinə
Ermənistan proporsional seçki sisteminə keçdi
Rusiya və Qərb İrəvanda savaş başlayır?
Ermənistanda parlamentin işi İFLİC OLDU
İstanbulda yeni seçki: Dəmirdaş azadlığa çıxa bilər?
Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi
Sərkisyan partiyasını təcili topladı- NƏ BAŞ VERİR?
Türkiyə də növbədənkənar seçkilərə gedir? - AÇIQLANDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 