ONN İnformasiya Agentliyi

Rusiya hücuma keçdi - BOMBARDMAN

Rusiya hücuma keçdi - BOMBARDMAN
7-09-2018, 13:55


Tehranda Putin, Ərdoğan və Ruhaninin görüşünə saatlar qalmış Rusiya təyyarələri İdlibi bombalayıb.

ONN media xəbər verir ki, Rusiyaya aid 3, Əsəd ordusuna aid isə 2 döyüş təyyarəsi İdlibin cənubunda yerləşən Han Şeyhun, Kefr Zeyta və Hebit qəsəbələrinə 7 dəfə hücum edib.

Əsəd ordusu bu bölgələri top atəşinə də tutub. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Məlumata görə, Rusiyaya məxsus kəşfiyyat təyyarələri səhər saatlarından başlayaraq, bölgədə uçuşlar həyata keçirir.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png