Fransa prezidenti Emmanuel Makronun Azərbaycana səfəri gözlənilir. Bu ilin 19-20 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev Fransada səfərdə olmuşdu. Bu səfərlər ikitərəfli münasibətlərin inkişafından xəbər verir.
Azərbaycan və Fransa prezidentləri Bakıda əməkdaşlıq məsələlərini, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə edəcək. Bununla yanaşı, Cənub Qaz Dəhlizi layihəsi də müzakirə mövzularından biri olacaq.
Makronun Bakı səfərindən ən böyük gözlənti isə 400-500 milyon avroluq silah müqaviləsinin müzakirə ediləcəyidir.
ONN media Publika-ya istinadla xəbər verir ki, Azərbaycan Fransada “LAdrua” sinfinin üç patrul gəmisini almağa hazırlaşır.
Bu gəmilər 80 metr uzunluğundadır, saatda 46 kilometr sürətlə hərəkət edə bilir, helikopter meydançasına və iki sürət qayğına malikdir. Gəmidə 76 millimetr “Super Rapid” artilleriya qurğusu mövcuddur.
Maraqlıdır ki, Prezident İlham Əliyevin Parisə səfərindən təxminən 10 gün əvvəl Makronun silah embarqosunu ləğv etməklə bağlı qərar verdiyi haqqında məlumat yayılmışdı. Hansı ki, 90-cı illərdə qoyulan bu embarqo Fransanın Azərbaycana silah satmasına mane olurdu. Bu sensasiyalı xəbər Ermənistanda o qədər narazılığa səbəb oldu ki, Fransanın İrəvandakı səfirliyi məlumatı tələsik təkzib etdi. Lakin həqiqətdə embarqo aradan qaldırıldı.
Prezident İlham Əliyev iyulun 19-da Parisdə “LAdrua” gəmilərini istehsal edən “Naval Group Erve Giyu” tərsanələrinin baş direktoru ilə görüşdü.
Doğrudur, daha sonra Paris İrəvana təsəlli verdi ki, Azərbaycana Qarabağda tətbiq edə biləcəyi silahlar satmırlar. Lakin bütün hallarda bu, Bakının Fransada güclü erməni lobbisinin üzərində qələbəsidir.
Hətta “Naval Group” Trend agentliyinin sorğusuna cavab olaraq bildirmişdi ki, “Gəmilər şirkətin ekspertlərinin iştirakı ilə Azərbaycan zavodlarında inşa ediləcək”.
Görünür, Makronun Bakı səfərində bu məsələ öz həllini tapacaq.



Makron İlham Əliyevə zəng edib
Fransa Prezidenti Azərbaycana gəlir
Makronun reytinqi kəskin düşdü
İlham Əliyev Emmanuel Makrona başsağlığı verdi
Prezident Fransada ilk görüşünü keçirdi
Fransa mediası İlham Əliyevin Paris səfərindən yazdı
Trampdan Makrona şok cavab
İlham Əliyev Brüsseldə Belçikalıların Kralı Filip ilə görüşdü
Türkiyədən Makrona sərt mesaj: Cizgidən kənara çıxır!
Makron və Ərdoğan Brüsseldə Qarabağı müzakirə edəcək
Bayden və Putin Makronun təklifini qəbul etdi
XİN-dən Fransaya ÇAĞIRIŞ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 