Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" adlı kitab çap olunub.
ONN media xəbər verir ki, kitabın önsözündə qeyri-səlis düşüncə tərzinin qeyri-səlis məntiq adlı elmi istiqamətdə birləşdiyi və əslində, ona qədər şüurumuzu idarə edən Aristotelin formal məntiqinə qarşılıq kimi yarandığı qeyd olunub.
Bu məntiq kateqoriallıqdan uzaq, insana, onun dünyanı dərk və qəbul etmə prinsiplərinə yaxın bir düşüncə tərzidir.
Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb:
“Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanın dərinində gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir. Və məlum olur ki, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur.
…Dastanın mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşım tərzi, başqa sözlə desək, tolerantlıq xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir. Əcdadımız demokratik tərzdə düşünməyi məhz qeyri-səlis məntiq prinsiplərindən yararlanaraq öyrənmişlər. Onların bu prinsiplərdən bəhrələnməyi dünyagörüşlərindəki genişliyə olan meyl, məsələnin dərinliklərinə, incəliklərinə canatma marağı sayəsində mümkün olmuşdur”.
Qeyd edək ki, “525-ci qəzet” seriyasından işıq üzü görən yeni nəşrin redaktorları akademik Muxtar İmanov və Almaniyada yaşayan həmyerlimiz, professor Maqsud Əfəndiyev, rəyçisi professor Fəxrəddin Sadıkoğlu, nəşriyyat redaktoru Qismət Rüstəmovdur.



Kamal Abdullanın yeni kitabı çapdan çıxıb
İlham Əliyev sərəncam imzaladı
6 sentyabr Lütfi Zadənin anım gündür
4 fevral Lütfi Zadənin doğum günüdür
Bu gün Lütfi Zadənin doğulduğu gündür
Lütfi Zadə
4 fevral Lütfi Zadənin doğum günüdür
Ölkəmizdə yeni elektron tətbiq: SƏLİS müqavilə...
DOKTOR, PROFESSOR ƏHMƏD QƏŞƏMOĞLUNUN AHƏNGYOL ELMİ VƏ ONUN TƏKCƏ AZƏRBAYCANA ÇATMAYAN ƏKS-SƏDASI
Günel Eyvazlının “İşıq” adlı yeni kitabı çap olundu - FOTO
Zəngəzuru unutmayaq!
"Bu hadisə göstərdi ki, biz birlikdə daha güclüyük"- Darxan Kıdırəli
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 