Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri davam edir.
ONN media xəbər verir ki, iyulun 23-də tədbirlər çərçivəsində Şuşa şəhərində yerləşən Natəvanın evinin qarşısındakı meydanda Xalq yazıçısı, AYB sədri Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” kitabının təqdimatı keçirilib.
Tədbir yazıçı Varis Yolçuyevin aparıcılığı ilə baş tutub. Təqdimatda "Qobustan" jurnalının baş redaktoru, yazıçı Pərvin, AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, tənqidçi Əsəd Cahangir çıxış edərək kitabın ideya yükünü və ədəbi dəyərini yüksək qiymətləndiriblər.
Qeyd olunub ki, bu əsər Azərbaycan ədəbiyyatına mühüm töhfələr vermiş iki nəsildən – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun həyat və yaradıcılığından bəhs edir. Anar onların ortaq ideya və estetik dəyərlərini birləşdirərək yeni dövr ədəbiyyatının milli paradiqması kimi təqdim edir. Kitaba akademik Nizami Cəfərovun ön sözü və Anarın şeirləri də daxil edilib.
Təqdimatdan sonra şair İbrahim İlyaslının aparıcılığı ilə poeziya saatı təşkil olunub. Tanınmış şairlər – Abuzər Turan, Bəsti Əlibəyli, Xuraman Muradova və digərləri şeirlərini səsləndirib, bədii qiraətçilər poeziya nümunələrini ifa ediblər





Xalq yazıçısı Özbəkistanın "Dostluq" ordeni ilə təltif edildi
Vaqif Poeziya Günləri keçiriləcək
Səməd Mənsurun 140 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirildi
Şuşada Vaqif Poeziya Günləri başlayır
Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb
Azərbaycan Yazıçılar Birliyində yeni təyinat
İlham Əliyevdən bu şəxslərlə bağlı VACİB SƏRƏNCAM
Vaqif Səmədoğlunun xatirəsi anılacaq
“Təmrin” jurnalının Rəsul Rzanın 110 illiyinə həsr olunan xüsusi nömrəsi işıq üzü gördü
Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilib
Paytaxtda növbəti kitab sərgisi başlandı
Leyla Əliyevanın "Sevgi" kitabının təqdimatı oldu
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 