Noyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Naxçıvanın ilk bəstəkarı, ictimai xadim Məmməd Nəsirbəyovun 120 illiyinə həsr olunan konsert proqramı təqdim edilib.
ONN media xəbər verir ki, əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığına dair fotosərgi ilə tanış olublar.
Tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə sənətkarın yaradıcılığı haqqında məlumat verilib. Qeyd edilib ki, 1897-ci il iyunun 6-da Azərbaycanın gözəl guşələrindən biri olan Naxçıvanda dünyaya göz açmış Məmməd Nəsirbəyov ziyalı ailəsində böyüyüb. Onun musiqi qabiliyyəti uşaqlıq illərindən özünü göstərib. 1914-cü ilədək ailəsi ilə birlikdə Naxçıvanda yaşayan M.Nəsirbəyov məktəbin xor kollektivində fəaliyyət göstərib, gözəl, cəlbedici səsi olduğundan konsertlərdə solo çıxışlar edib. Nəsirbəyovlar ailəsi Bakıya köçəndən sonra gənc Məmməd tarda çalmağı öyrənib, xalq mahnı və rəqslərinə, muğamlara böyük maraq göstərib. 1923-cü ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə açılan musiqi məktəbinə daxil olan M.Nəsirbəyov Aleksandr Kolotovdan solo, muğam bilicisi Mansur Mansurovdan tar ifaçılığı sənətinin sirlərini öyrənib. Habelə Üzeyir Hacıbəylinin yaratdığı dərnəkdə bəstəkarlıq, dirijorluq, musiqişünaslıq sahəsində ilk addımlarını atıb.
Diqqətə çatdırılıb ki, M.Nəsirbəyovun yaradıcılığında simfonik, kamera, xor musiqisi, instrumental əsərlər, Azərbaycan xalq çalğı alətləri orkestri, mahnı və rəqs ansamblı üçün əsərlər, mahnı və romanslar əsas yer tutur. Onun əsərləri respublikanın aparıcı konsert salonlarında səsləndirilib, musiqi məktəblərinin tədris planına daxil edilib.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının xoru çıxış edib.

Naxçıvanın ilk bəstəkarı Məmməd Nəsirbəyovun 120 illiyinə həsr olunan konsert proqramı maraqlı keçib



Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı
Dövlət Akademik Filarmoniyasının noyabr repertuarı
Astanada Qara Qarayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
Kamera və Orqan Musiqisi zalı noyabr repertuarını açıqladı
Bu gün Məmməd Aslanın vəfat etdiyi günüdür
23 sentyabr Məmməd Aslanın vəfat etdiyi günüdür
Qara Qarayevin anadan olmasına həsr edilmiş konsert təşkil olunub.
Qara Qarayevin 100 illiyinə həsr olunan tədbir keçiriləcək
Gəncədə 10 000 000-cu sakinin şərəfinə konsert verilib
Arif Məlikovun 85 illik yubileyi münasibətilə konsert təşkil olunacaq
24 dekabr Məmməd Aslanın doğulduğu gündür
Qara Qarayevin 100 illiyi Moskvada qeyd olunub
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 