Qərbi Afrikada yerləşən Mafi-Dov adlı kənddə qadınların doğum həyata keçirməsi və ölən insanların dəfn olunması qadağandır. ONN media xarici KİV-lərə istinadən bildirir ki, Mafi-Dov kəndində təxminən 5 min adam yaşayır. Ancaq onların heç biri bu kənddə doğulmayıb. Kənd sakinlərinin adətinə görə doğuma az müddət qaldığı zaman hamilə qadınlar qonşu kəndlərə gedərək orda dünyaya uşaq gətirirlər. Eyni zamanda kəndin adətinə görə ölən şəxsləri də kənd ərazisində dəfn etmək qadağandır. İnsanlar ölən yaxınlarını qonşu kəndlərə apararaq orda dəfn edirlər. Mafi-Dov kəndinin qəribə adətlərindən biri də odur ki, bu kənddə ətlik heyvan və toyuq-cücə saxlamaq olmaz. Kənd camaatı ətə olan təlabatlarını da qonşu kəndlərin hesabına təmin edirlər. Kəndin ağsaqqalları hesab edirlər qeyd olunan qadağalar tanrının tələbi ilə olub. Onların inancına görə, ulu babaları hesab olunan Toqe Akiti adlı bir ovçu bu torpaqlara ilk dəfə gəldiyi zaman səmadan bir səs eşidib. Həmin "səs "qeyd olunan bu 3 qadağaya əməl etdikləri müddətcə insanların bu torpaqlarda xoşbəxt və dinc yaşayacaqlarını bildirib. İndi kənd camaatı bu qadağaları pozmağa qorxurlar ki, onlara göylərdən bədbəxtlik gələ bilər. Qadağalara əməl etmək isə onlara baha başa gəlir. Doğum və dəfn üçün qonşu kəndlərə getmək onlara çətinlik yaradır. Ev heyvanlarını saxlamamaq da onların maddi vəziyyətinə mənfi təsir edir. Üstəlik qonşu kəndlər Mafi-Dov kəndinin adət-ənənəsini bildikləri üçün bundan qazanc əldə etmək üçün istifadə edirlər. Məsələn, Mafi-Dov kəndinin sakinləri şikayət edirlər ki, qonşu kəndlərdə əti onlara daha baha qiymətə satırlar. Bütün çətinliklərə baxmayaraq kənd ağsaqqalları bu qaydaları ciddi-cəhdlə qorumağa çalışırlar.
Bu kənddə doğulmaq və ölmək qadağandır



İnsanlar kəndi tərk etdi - 20 il sonra geri qayıdanda GÖZLƏRİNƏ İNANMADILAR
Azərbaycanda daha bir kənddə koronavirus aşkarlandı
Azərbaycanda qəribə kənd: Burada heç kim maşın sürmür - VİDEO
Məşhur amerikalı aktyor ABŞ -da dəfn olunmaq istəmir
Vətən müharibəsi şəhidi dəfn edildi
Azərbaycanda bu kənddə koronavirusa KÜTLƏVİ YOLUXMA: İki qardaş öldü
Paşinyan sumqayıtlını müşavir etdi: Azərbaycana nifrət etmirəm
Ucarda qeyri-adi məxluq varmı? - AÇIQLAMA
Bu gündən əhalinin Ağalı kəndinə köçürülməsi başlanılır
Tərk edilmiş bu kənd görənləri heyrətə gətirir - FOTO
Kürdəmirdə 46 nəfərin koronavirusa yoluxduğu kəndlə bağlı YENİ XƏBƏR
Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 