Bu gün Azərbaycanda polislər peşə bayramını qeyd edir.
ONN media xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb və ölkəmizin ilk daxili işlər naziri Fətəli Xan Xoyski olub. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri yerinə yetirib.
AXC süqut etdikdən sonra, milli polis ləğv edilərək əvəzində "milis" adlandırılan qurum yaradılıb. Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olunub, onun funksiya və vəzifələri dəqiqləşdirilib.
Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə də fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub və 681 nəfər isə əlil olub. Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər var.
Qeyd edək ki, prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.



2 iyul Azərbaycanda polis günüdür
Yeni Daxili işlər naziri Vilayət Eyvazov kimdir?
Bakıda yeni polis yaradılır?
Azərbaycanda yeni polis bölməsi yaradılıb
Azərbaycanda bu qurumlar LƏĞV EDİLDİ - ƏMR
Daxili işlər naziri müşavirə keçirib
Azərbaycan polisi 100 illiyini qeyd edir
Şəhid övladına DİN-də vəzifə verildi
Vilayət Eyvazovdan Bakı polisinə xüsusi tapşırıq
Vilayət Eyvazov polisləri təbrik etdi
Ramil Usubov müraciət yaydı
Vilayət Eyvazov polislərə MÜRACİƏT ETDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 