Pedaqoqlar, psixoloqlar, sosioloqlar indiki uşaqların dəqiq "tərifi"ni verə bilmir. Çünki indiki uşalqar həyətdən daha çox planşetlə vaxt keçirilər. Bütün bunlar da adını ilk dəfə oxuduğunuz xəstəliklər yaradır.
ONN media xəbər verir ki, bu sözləri pediat Vaqif Qarayev son illər uşaqlarda qeydə alınan davranış xəstəlikləri ilə bağlı danışarkən deyib.
Pediatr bildirib ki, uşaqlarda qeydə alınan əksər xəstəliklərin səbəbi həyətə çıxmamaq, təbiətlə təmasda olmamaqdır:
“Ağıllı, erudisiyalı, müstəqilliyə meyilli, maraq dairəsi geniş, bununla paralel impulsiv, aqressiv, pedaqogikanın qaydalarına uyuşmayan, "ekran tərbiyəli" uşaqlar yetişir. Səbəblər demək olar ki, hamıya məlumdur.
Köhnə həyətlər, köhnə binaların həyətləri həmişə hay-küylü olub. Yeni tikililərdə bu mənzərə nadir hallarda görünür. Həyət psixologiyası deyilən bir anlayış var. Həyət oyunları uşaqların psixikasının, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Kiçiklər böyüklərdən nə isə öyrənir və bu ardıcıllıq onillərlə davam edir, belə də olmalıdır. Bu, uşaqlarda həyətə, küçəyə maraq yaradır və uşaqları telefon-planşet azarından qurtarır”.
V.Qarayev bildirib ki, həyət psixologiyasnın elmi əsaslarını mütəxəssislər (sosioloqlar, pedaqoq-psixoloqlar) gözəl izah edir:
“Mənimsə deyəcəyim odur ki, uşaqları həyətdən məhrum etmək olmaz. Total nəzarəti yumşaltmaq lazımdır. Həyət oyunları uşaqları sosiallaşdırır, özgüvənini artırır, özünü müdafiə etməyi öyrədir. Ən əsası da telefon və planşetdən uzaqlaşdırır”.



Koronavirus hansı uşaqlar üçün təhlükəlidir?
Uşaqlar arasında xəstəlik yayılıb? — AÇIQLAMA
Bu uşaqlara vaksin vurula bilər
Bu uşaqları məktəbə göndərməyin - Nazirlikdən xəbərdarlıq
Komarovski koronavirusla bağlı valideynlərə çağırış etdi
Britaniya ştammına yoluxan uşaqlarda ƏSAS ƏLAMƏTLƏR bunlardır
Uşaqlarda yaşa görə boy və çəki necə olmalıdır?
Həkimdən XƏBƏRDARLIQ: uşaqlarınızda bu əlamətlər varsa...
Pediatrdan təklif: Uşaqları küçəyə çıxarın
Təhsil nazirinin müavini: "Bu intiharların bir neçə səbəbi var"
Xəbərdarlıq- Uşaqlara bu dərmanı verməyin
Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 