Hər il Qurban bayramı ərəfəsində bu bayramın mahiyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Artıq bayram geridə qalsa da, bu mövzu ətrafında müzakirələr hələ də davam edir. Bəzi dinşünaslar iddia edir ki, İbrahim peyğəmbərin gördüyü yuxu nəticəsində övladını kəsmək cəhdi vəhy deyil, yuxunun yanlış yozulmasıdır. Deyilənə görə, əslində bu, İbrahim peyğəmbərin yaşadığı dövrün bütpərəstliyinə əyilməsi ilə bağlıdır. Bu iddialarla bağlı ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, Qurban verməyin tarixi çox qədimdir. “Əslində, Qurban etmək insanlığın, bəşəriyyətin başlanğıcına bağlıdır və Hz. Adəmə qədər gedib çıxır. İlk vəhy oradan bütün insanlığa yayılıb. Quranda Habil və Qabil hadisəsi keçir. İki qardaş arasında olan müəyyən çəkişmədən dolayı Hz. Adəm onlara “Allah kimin qurbanını qəbul edərsə, o, haqqa yaxındır” deyir. Beləliklə, o, iki övlad arasındakı mübahisəyə son qoyur”, – ilahiyyatçı bildirib. A.Hacıbəylinin sözlərinə görə, Qurani-Kərimdə peyğəmbərlərin həyatında qurbanın olduğu müşahidə edilir: “Hər bir peyğəmbərin öz qövmünə xüsusi qurbanları olub, amma hökm olaraq nədən kəsildiyi məsələsində fərqlilik ola bilər. Amma Qurban bir ibadətdir”. İlahiyyatçı İbrahim peyğəmbərin oğlunu qurban etməsinin Allahın vəhyi olduğunu söyləyib: “Məlumdur ki, Allah Hz. İbrahimin 90 yaşına qədər ona övlad verməyib. “Saffat” surəsində də Rəbbimiz bir daha bu məsələyə qayıdır və İbrahim peyğəmbərin gördüyü yuxudan bəhs edir. Bu yuxudan Nəmrudun qəzəbinə düçar olmuş Həzrəti İbrahim odun-atəşin içərisinə atıldığı zaman dua edir ki, Allahım, sənə gəlirəm, mənə doğru yolu göstərəcək Sənsən. Mənə saleh övlad nəsib et”. “Saffat” surəsinin 104 və 105-ci ayələrində göstərildiyi kimi, Rəbbim ona bir övlad verir. Allah İsmayılı həlim bir övlad, bir peyğəmbər olaraq ona əmanət edir. İsmayıl əleyhissalam 12-13 yaşlarına çatanda Rəbbimiz yenidən İbrahim peyğəmbərin ailəsini sınağa çəkir. Bu zaman qocaman peyğəmbər 3 dəfə yuxuda gördüyü üçün övladını kəsmək istəyir və bunu Hz. İsmayıla söyləyir. Bu hadisə Qurani-Kərimdə də var. Rəbbimiz İbrahim əleyhissalamın gördüyü yuxunu gerçəkləşdirməsini istədiyini Quranın başqa bir ayəsində də ifadə edir. Oğlunu qurban kəsmək istəyən İbrahim övladına deyir ki, səni Allah yolunda kəsəcəyəm. O da deyir ki, Ata, sənə əmr olunanı yerinə yetir. İnşallah, məni səbir edənlərdən görəcəksən. İsmayıl peyğəmbər hətta atasına gözlərini bağlamağı xahiş edir ki, birdən gözü gözünə toxunar və Allahın əmrini yerinə yetirə bilməz. İbrahim peyğəmbər oğlunun başını bir neçə dəfə kəsmək istəsə də, bıçaq kəsmir. Bu hissə Quranda olmasa da, hədislərdə təkrarlanır. Nəhayət, Qurani-Kərimin verdiyi mesajda deyilir ki, Ey İbrahim, sən röyanı təsdiqlədin! Görünür, bu, bir röya olsa belə, vəhy hökmündədir. Peyğəmbərlərin gördüyü röyalar, yuxular gerçəkdir, haqdır. Bundan sonra Allah İbrahim peyğəmbərin övladına müqabil qoç endirir və o gündən bu günə qədər də bu ibadət gerçəkləşir”.
Qurban bayramı haqda min illik YANLIŞ



Kimlərə qurban əti vermək olmaz?
Ramazan bayramında qurban kəsmək olarmı? – Hacı Şahin
Azərbaycanda Qurban bayramı nə vaxt qeyd ediləcək?
Qurban bayramında neçə gün dincələcəyik?
Azərbaycanda Qurban bayramı nə vaxtdır?
Azərbaycanda daha bir qadağa tətbiq ediləcək
Orduda Qurban Bayramı belə qeyd olundu
Qurban bayramına görə ət bahalaşdı?
Mehriban Əliyeva Qurban Bayramı ilə bağlı paylaşım edib
Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunacaq - VİDEO
Bu gündən Azərbaycanda bayram tətili başlayır
İlham Əliyevdən Qurban bayramı paylaşımı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 