Həkimlər bu qənaətə gəlib ki, koronavirusa yenidən yoluxma halları immunitetin azalması fonunda və ya orqanizmdə patogenin yenidən aktivləşməsi nəticəsində baş verir. ONN media xəbər verir ki, tədqiqat nəticələri “BMJ Case Reports” jurnalında dərc edilib. Bir insanın yenidən kovid xəstəliyinə tutulması halları olduqca nadirdir, bu səbəbdən də alimlər həqiqətən xəstəliyin təkrarlanması və ya virusun uzun müddət mövcud olması ilə əlaqəli birmənalı bir nəticəyə gəlməmişdi. Yale Universiteti Tibb Fakültəsi mütəxəssisləri 40 yaşındakı bir kişinin ilk yoluxmadan dörd ay sonra yenidən virusa yoluxma səbəblərini araşdırıb. Xəstə ilk dəfə xəstəxanaya 2020-ci ilin aprelində müraciət edib. Nəfəs almaqda çətinlik çəkib, eyni zamanda şəkərli diabeti, tiroid funksiyası çatışmazlığı olub. Müalicə zamanı xəstədə ağırlaşmalar baş verib, mədə qanaması, sətəlcəm və böyrək çatışmazlığı ortaya çıxıb. Müalicələrdən sonra kişi sağalıb və evə buraxılıb. Lakin onda dörd ay sonra yenidən koronavirus aşkarlanıb və boğulma hücumları başlayıb, bununla da yenidən klinikaya yerləşdirilib. İkinci dəfə xəstəlik daha yüngül keçib və bir həftə sonra xəstə evə buraxılıb. Tədqiqatçılar xəstədə iki ayrı infeksiya yoluxması olduğunu, ikincisini isə artıq köçürülmüş koronavirusdan sonra qazanılmış immunitet fonunda daha asan keçirdiyi qənaətinə gəlib.
Alimlər koronavirusla YENİDƏN YOLUXMA səbəblərini açıqladı



Bu dəfə bəla GƏNƏDƏN GƏLİR: qanda leykositlərin sayı azalacaq və...
Onların ikinci dəfə koronavirusa yoluxma riski yüksəkdir
Karantin rejimi yenidən sərtləşdirilə bilər — YOLUXMA ARTIR...
Koronavirus insan orqanizmində hansı fəsadlar törədə bilər?
Azərbaycanda bu universitetdə koronavirusa kütləvi yoluxma oldu
Bu insanların meymunçiçəyinə yoluxma ehtimalı azdır
Alimlər koronavirusun əsas yoluxma üsulunu müəyyənləşdirdilər
Ölkə yenidən qapanmaya hazırlaşır?
Bu 4 halda koronaya yenidən yoluxma baş verir
Gürcüstanda koronavirus TƏHLÜKƏSİ: Uşaqlar arasında yoluxma artdı
Çində koronavirusun ikinci dalğası başladı - Bir gündə 51 nəfər...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 