Bakıda müşahidə edilən güclü külək nəticəsində bu gün şəhərin müxtəlif yerlərində 21 ağac aşıb.
ONN media xəbər verir ki, bunu trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Şöbə rəisi aşan ağaclardan biri istisna olmaqla, qalan 20-nin sağlam, inkişafda olan hündür ağaclar olduğunu söyləyib.
O.Məmmədov bildirib ki, aşan ağaclar şam, qovaq, göyrüş, sərv olub.
Ağacların aşmasının birbaşa güclü küləklə əlaqəli olduğunu deyən şöbə rəisinin sözlərinə görə, Bakının iqlimi və torpağı burada bütün ağacların əkilməsinə imkan vermir. Bakıda güclü küləklər əsdiyindən əkilən ağacların hündürlüyü də 6-7 metrdən çox olmamalıdır.
Xatırladaq ki, bu gün səhər əsən güclü külək nəticəsində aşan bir ağac Bakının Nərimanov rayonunun Aşıq Alı küçəsində yolu bağlamışdı, Yasamal rayonu Zərdabi küçəsi, 3155-ci məhəllədə sağlam ağac köhnə tikilinin üzərinə düşərək onu dağıdıb. Nizami rayonunda isə ağac elektrik xəttinin üzərinə aşıb.
Qeyd edək ki, sabah günün ikinci yarısınadək güclü şimal-qərb küləyi əsəcək.



Bakıda 60 ağac aşdı
Güclü külək Bakıda 4 sağlam ağacı aşırdı
Bakıda külək 76 ağacı aşırdı
Bakıda güclü külək bir ağacı kökündən çıxardı
Bakıda 5000 ağac kəsiləcək - AÇIQLAMA - VİDEO
Güclü külək fəsad törətdi - 3 avtomobil...
Güclü küləklə əlaqədar XƏBƏRDARLIQ
Bakıda ağac bahalı maşının üstünə aşdı
Vətəndaşlara hava ilə bağlı VACİB XƏBƏRDARLIQ
Güclü küləklə əlaqədar sakinlərə və sürücülərə - Xəbərdarlıq
Bakıda güclü külək fəsadlar törətdi - VİDEO
Güclü külək səbəbindən Bakıda 27 ağac aşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 