Bakıda bu gecədən əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 4 ağac aşıb.
ONN media xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi və Yasamal rayonlarında qeydə alınıb.
O.Məmmədov əlavə edib ki, aşan ağacların hamısı sağlam olub. Onlardan biri Eldar şamıdır.
Birlik rəsmisi heyətin hazırda gücləndirilmiş iş rejimində çalışdığını da qeyd edib.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.



Bakıda güclü külək bir ağacı kökündən çıxardı
Sumqayıtda ağac avtomobilin üstünə aşdı
Rayonlara güclü qar yağır
Üstünə reklam lövhəsi düşən şəxsin vəziyyəti ilə bağlı - AÇIQLAMA
Bakıda küləyin aşırdığı ağacların sayı 21-ə çatdı
Hava ilə bağlı XƏBƏRDARLIQ
Güclü küləklə əlaqədar XƏBƏRDARLIQ
Bakıda külək 76 ağacı aşırdı
Bakıya qar yağacaq
Bakıda əsən güclü külək fəsadsız ötüşmədi
Sürücülərə MÜHÜM XƏBƏRDARLIQ
Güclü küləklə əlaqədar sakinlərə və sürücülərə - Xəbərdarlıq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 