Qazax rayonunda 4 partlamamış hərbi sursat tapılıb.
ANAMA-dan ONN media-ya verilən məlumata görə, aprelin 4-də saat 12:40-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Qazax rayonu, Bakı küçəsi 28 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ünvanda avtovağzal ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat (2 ədəd PQ-7 raketinin mühərrik hissəsi, 1 ədəd PQ-7 raketinin gücləndiricisi və 1 ədəd VOQ-25) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Ümumilikdə, Agentlik tərəfindən yanvarın 1-dən aprelin 4-dək Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, 4 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 8 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, avtovağzal ərazisinə, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 2 406 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 43 115 kv.m ərazi yoxlanılıb.



Göygöldə 3 ədəd partlamamış hərbi sursat tapıldı
Göygöldə top mərmisi tapılıb
26 ədəd partlamamış hərbi sursat aşkarlandı
149 partlamamış hərbi sursat tapıldı
Füzulidə raket və top mərmisi aşkar olunub
Biləsuvarda 77 ədəd partlamamış hərbi sursat aşkarlandı
Qazaxda top mərmisi tapıldı
Ağcabədidə hərbi sursat tapılıb
Sumqayıtda 2 qumbara tapılıb
Tank əleyhinə mina tapılıb
Goranboyda raket tapılıb
Gəncədə top mərmisi tapıldı - FOTO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 