Azərbaycan səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib.
ONN media Report-a istinadla xəbər verir ki, A.Vəlibəyov 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Abbas Vəlibəyov 1947-ci ildə Bərdə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb. 1971-1974 ci illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb.
1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilib. 1990-cu ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildənölən gününə qədər səhiyyə nazirinin müavini - Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı.
1981-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, sosial gigiyena və səhiyyənin təşkili üzrə ali dərəcəli həkim, Ümumittifaq Epidemioloqlar, mikrobioloqlar və parazitoloqların Elmi Cəmiyyəti Rəyasət Heyətinin, eləcə də Ümumittifaq Gigiyenist və sanitar həkimlərinin Elmi Cəmiyyətinin İdarə heyətinin üzvü seçilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü idi.
Abbas Vəlibəyov 1980-ci ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə “Səhiyyə əlaçısı” döş nişanı ilə, 2000-ci ildə “Əməkdar həkim” fəxri adı ilə, 2013-cü ildə “Tərəqqi” medalına layiq görülüb. 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!



DGK-da yüksək vəzifəyə təyinat olub
Səhiyyə Nazirliyindən bu şəxslərə xəbərdarlıq
Abbas Abbasov da saxlanıldı
İlham Əliyev sərəncam imzaladı
Teymur Musayev məşhur direktoru işdən çıxardı
Nazim İbrahimov vəfat etdi
İlham Əliyev YAP-a cari rəhbərliyi bu şəxsə həvalə etdi
AQTA sədrinə yeni müavin təyin olundu - DOSYE
Azərbaycanda sabiq nazir həyatını itirdi
İsrafil Məmmədov vəfat etdi
Vergi Xidmətinin yeni rəisi kimdir? - DOSYE
Nazir müavini təyin olunan Fariz Rzayev kimdir? — DOSYE
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 