Paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 19A ünvanında yanğın baş vermiş çoxmərtəbəli yaşayış binasında bərpa işləri davam etdirilir.
ONN media xəbər verir ki, bina sakini, jurnalist Heydər Mirzənin yaydığı məlumata görə, sakinlərə təzminat da ayrılıb.
"Sabahdan etibarən 11-ci mərtəbədən 17-ci mərtəbəyə qədər olan hissəyə elektrik enerjisinin verilməsi nəzərdə tutulub. Su təchizatı isə artıq bir həftədir ki, bərpa olunub. Nazirlər Kabinetinin 3 dekabr tarixli sərəncamı ilə ayrılan təzminatın məbləği müvafiq bank hesabına köçürülüb", - o bildirib.
H.Mirzə qeyd edib ki, 96 nəfər kompensasiya alacaq:
"Hazırda binanın kommunal təminatı bərpa edilsə də, maddi baxımdan ən ciddi və təcili məsələ liftlərin işə salınmasıdır. Liftin işləməməsi yuxarı mərtəbələrdə yaşayan sakinlərin evlərinə qayıtması və normal həyata davam etməsi üçün ciddi maneə yaradır. Binaya dəyən ümumi zərərin hesablanmasını əks etdirən akt lisenziyalı şirkət tərəfindən artıq tərtib olunub. Sənəd Baş Prokurorluğa və zərərçəkənlərin vəkillərinə təqdim edilib".
Qeyd edək ki, sözügedən yanğın 21 noyabr 2025-ci ildə baş verib. Yanğın nəticəsində 3 nəfər ölüb.
Yanan binanın sakinlərinə təzminat ayrıldı



Yanğınla bağlı son durum açıqlandı
Yasamaldakı yanğın haradan başlayıb?
Bu binada yaşayanların NƏZƏRİNƏ
Ölkə Başçısından Yevlax sakinlərinə bayram hədiyyəsi - FOTOLAR
Bakı sakinlərinə şad xəbər
Bakıda daha bir bina sökülür
Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü - YENİLƏNDİ
Bakıda yaşayış binasında YANĞIN - 23 nəfər təxliyə edildi
Bakıda yaşayış binasında HƏYƏCANLI ANLAR: Sakinlər təxliyyə olundu
Bakıda bu binanın söküntüsünə başlanılıb
Bakıda liftdə nə baş verib?
Bakıda bu ünvanlarda yerləşən binalar söküləcək - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 