Səməd Vurğun küçəsində yolun kənarında sürüşmə qeydə alınıb.
ONN media Baku ws-ə verilən məlumata görə, tikinti aparılan binanın qarşısındakı yol aralanıb.
Hadisə ilə bağlı "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli açıqlama verib.
AAYDA rəsmisi qeyd edib ki, sözügedən ərazidə pilot layihə çərçivəsində bina tikilir:
"Həmin binanın tikintisi aparılan ərazi hasarlanıb və qazıntı işləri aparılır. Qazıntı işləri aparılarkən heç bir təhlükəsizlik tədbirləri görülməyib. Nəticədə də yağış yağdıqdan sonra yolun bir hissəsində sürüşmə qeydə alınıb. 3 metr enində, 2,5 metr dərinliyində yol aralanıb və yolun kənarındakı bardürlər dağılıb.
Hazırda dəymiş ziyan araşdırılır. Tikinti şirkəti yoldakı dayanıqlığı yoxlamalı idi. Təhlükəsizlik tədbirləri görülmədən birbaşa qazıntı işləri aparılıb ki, bu da sonda yağışdan sonra yolun sürüşməsinə səbəb olub".
AAYDA rəsmisi qeyd edib ki, tikinti şirkəti tərəfindən yola dəyən ziyanın ödənilməsi istiqmətində addımlar atılacaq: "Şirkətin hesabında yolun təmiri təmin olunacaq".



Biləcəridə yol çökdü
Laçın yolundan yeni FOTOLAR
Ağdamda tikinti zamanı insan sümükləri tapıldı
Bu avtomobil yolu yenidən qurulur
Bibiheybət yolu bu tarixdə açılacaq
Bakıda daha bir yol çöküb
Qarabağda yol tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda bu yol satılıb?- Rəsmi
İşğaldan azad edilmiş bu ərazilərdə yeni yollar salınacaq
Çökən yolda vəziyyət necədir?
Teleqüllənin uçması gözlənilirmi? — AÇIQLAMA
Yeni Xınalıq yolundan ŞAD XƏBƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 