Hər xalqın tarixində dönüş nöqtəsi olur... Onun sonrakı taleyini müəyənləşdirən dönüş nöqtəsi. 29 il əvvəl Azərbaycan xalqı da, yarım əsrdən artıq davam edən "əsirlik" həyatına bir nöqtə qoydu və başlığı "AZADLIQ" olan yeni səhifə yazdı, qanı ilə, canı ilə. Kimi həmin günün şəhidi oldu, kimi şahidi.
Gəncə Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə dünən Azərbaycan xalqı həmin günün şahidləri ilə birlikdə şəhidlərini anmaq üçün bir araya toplaşmışdı. Respublikanın hər yerində olduğu kimi Gəncədə də 20 yanvar faciəsi şəhidlərinin xatirəsini anılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Din xadimi tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid məzarlarını ziyarət edərək onların üzərinə qərənfillər düzüb.
Bildirək ki, 29 il bundan öncə törədilən “20 Yanvar” hadisəsinin təkcə hüzn günü kimi yox, eyni zamanda tariximizin şərəf və qəhrəmanlıq günü kimi yaddaşlarda qalıb.
“20 Yanvar” və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bununla belə Azərbaycan xalqı hər zaman olduğu kimi öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkədə, onun tərkib hissəsi olan Gəncə şəhərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün lazımi şərait yaradılıb. Onların mənzil təminatı yaxşılaşdırılır və problemləri aradan qaldırılır.



Gəncədə şəhidlərin xatirəsi anıldı
Gəncədə Xocalı faciəsinin qurbanları yad edilib
Lənkəranda şəhidlərin xatirəsi anılıb
İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
Mədəniyyət Nazirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdi
Zərdabda Xocalı faciəsinin anım günü keçirildi
Türkiyəli nazir Şəhidlər xiyabanını ziyarət etdi
Azərbaycanda bir dəqiqəlik sükut oldu
Gəncədə Cavad xanın xatirəsi anılıb
Niyazi Bayramov şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb
İlham Əliyev Şəhidlər Xiyabanında
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 