Xəbər verdiyimiz kimi, ötən gün Oğuzda 11-ci sinif şagirdi dərs zamanı ölüb.
ONN media xəbər verir ki, Çaldaş kənd məktəbinin direktoru Adil Səmədov Modern.az-a Zarinanın özünəqapalı qız olduğunu bildirib, onun ölümü haqda danışıb: “Onun 6-cı dərsə qədər hər hansı narahatlığı olmayıb, hava soyuq olduğu üçün dərs açıq havada deyil, idman zalında keçirilib. Qızın halı müəllim və şagirdlərin yanında pisləşib. Biz dərhal təcili tibbi yardım çağırdıq, təəssüf ki, həyatını xilas etmək mümkün olmadı”.
Direktorun sözlərinə görə, bir gün öncə Zarina özünü narahat hiss etdiyini deyirmiş: “Hadisədən bir gün əvvəl rayona anası ilə şəxsiyyət vəsiqəsi almaq üçün getmişdi, bizdə olan məlumata görə, orada özünü pis hiss edib, sonra vəziyyəti normallaşıb. Amma vəfat etdiyi gün dərs müddətində narahatlığı olmayıb”.
A.Səmədov qızın atasının da gənc yaşlarında qəflətən dünyasını dəyişdiyini deyib: “Zarinanın atası məktəbimizin gözətçisi olub, uşaqları kiçik yaşda olarkən, təxminən 6 il əvvəl vəfat edib. Qardaşı 8-ci sinifdə oxuyur, ataları gözlərinin önündə canını tapşırmışdı. Bu hadisədən sonra oğlan da bacısı kimi özünə qapanmışdı. Onların ikisi də məktəbimizin ən sevimli şagirdləri olublar”.
Kənd bələdiyyəsindən sayta bildirilib ki, məktəblinin ölümü ilə bağlı ekspertiza araşdırması aparılır. Araşdırma nəticəsindən sonra onun hansı səbəbdən öldüyü müəyyənləşəcək.
Qeyd edək ki, Zarina Əzizovanın ürəktutmadan dünyasını dəyişdiyi bildirilir. Onun atası da eyni səbəbdən vəfat edib.
Xatırladaq ki, hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib. Həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizovanın məktəbdə idman dərsi zamanı qəfil halı pisləşib. 16 yaşlı Z.Əzizova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib. /(Qafqazinfo)



Məktəbdə şagird DÜNYASINI DƏYİŞDİ
36 yaşlı kişi ilə nişanlanan 14 yaşlı qızın ailəsindən AÇIQLAMA/VİDEO
600 bal toplayan tələbə qız hansı virusdan ölüb?
Azərbaycanda şagird dərs zamanı VƏFAT ETDİ
Azərbaycanda dəhşətli intihar: gizlətdikləri üzə çıxdı, özünü öldürdü
Biləsuvarda soyuq su ilə çimən gənc oğlan öldü
Bakıda müəllimə dərs vaxtı öldü
Dəhşət: döyülərək küçəyə atılan 18 yaşlı qız öldü - Təfərrüat
Qızın uşaqlıq şəklindəki ruh hamını qorxuya saldı
Direktor və müəllim arasında mübahisənin təfərrüatı açıqlanıb
Bakı məktəbində şagird faciəvi şəkildə öldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 