Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2019” keçirilib.
ONN media xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda 22 min 320 şəxs qeydiyyatdan keçib.
Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub. Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar gəlib. Marafonda ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən qoşulanlar var. Eyni zamanda, Azərbaycanda yaşayıb-işləyən 300-dən çox əcnəbi, o cümlədən BƏƏ, Çin, Hindistan, İraq, İran, Qazaxıstan, Litva, Mərakeş, Özbəkistan, Türkiyə, Türkmənistan və digər ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin təmsilçiləri marafonçular sırasında olub.
Marafonda dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar iştirak ediblər. Eyni zamanda, müxtəlif təşkilat və şirkətin təmsilçiləri korporativ iştirakçı kimi qeydiyyatdan keçiblər. Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlərlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub. Azərbaycanın Astara, Gəncə, Qəbələ, Quba, Qusar, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şamaxı, Şəki, Oğuz, Zaqatala və digər bölgələrindən də yarışda iştirak edənlər olub.
Marafonda marşrutu ilk olaraq uqandalı İsmail Ssenyange qət edib.



“Bakı Marafonu-2018”ə start verildi
“Bakı Marafonu 2019” maraqlı anlarla yadda qaldı - FOTO
“Bakı Marafonu 2022” başa çatdı: Qaliblər müəyyənləşdi
Bakı marafonuna nə qədər adam qeydiyyatdan keçib?
"Bakı marafonu"na start verildi
"Bakı Marafonu 2023” start götürüb
Sabah Bakıda bu yollar bağlanacaq - Siyahı
Bu il Azərbaycana nə qədər turist gəlib?
Bakıdakı marafonun qalibi kim oldu?
“Bakı Marafonu” ilə bağlı bu yollar bağlanacaq - SİYAHI
Bu yollar bağlanacaq - Mayın 7-dən...
Xaricə gedən azərbaycanlılar ən çox haranı seçirlər?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 