2018-ci ilin sentyabrından bu yana Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqi azalır. Axar.az xəbər verir ki, bu nəticə “Qallup” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, ermənilərin 20%-i həyatından tam, 53,1% qismən razı olduğunu bildirib. 2018-ci illə müqayisədə həyatlarından razı olanların sayı 5% artıb. 11% erməni ölkədəki iqtisadi situasiyanı yaxşı dəyərləndirdiyi halda 54,4% orta, 33,4% isə pis qiymətləndirib. Ermənilərin həmçinin 54%-i ailələrinin rifah səviyyəsinin 1 il sonra artacağına ümid etdiklərini deyiblər. Respondentlərin fikrincə, hazırda Ermənistanın ən böyük problemi işsizlik (45%), iqtisadi situasiya (40%), aşağı əməkhaqqı (26,8%), Qarabağ konflikti (26,1%) və miqrasiyadır (10,5%). Ermənilər həmçinin ölkələrinin daha çox Rusiyaya inteqrasiya etdiklərini düşünürlər. Bu fikri 30,1% şəxs müdafiə edir. Bütün güc mərkəzləri ilə münasibətlərin eyni səviyyədə inkişaf etdirildiyini düşünənlər respondentlərin 28%-ni təşkil edir. Ondan sonrakı yerdə isə AB (17,1%), Avrasiya İttifaqı (7,5%) və ABŞ (5,3%) dayanır. Sorğu iştirakçılarının 20,3%-i hökumətin fəaliyyətindən tam, 53,8%-i qismən razı olduğunu bildirib. 13,8% qismən narazı, 7,8% isə tam narazı qaldıqlarını bəyan edib. Keçən ilin analoji dövrü ilə müqayisədə Paşinyanın hakimiyyətindən tam razı qalanların sayı 12,7%, qismən razı qalanların sayı isə 2,8% azalıb. Hökumətin iqtisadiyyatda uğurlu nəticələrə çata bilməyəcəyini düşünənlərin sayında isə artım müşahidə edilib. Belə ki, keçən illə müqayisədə bu göstərici 5% artaraq 11,6% təşkil edib. Paşinyanın təyinatlarından razı olanların sayında kəskin azalma müşahidə edilib. Bu göstərici 76,4%-dən 52,7%-ə qədər geriləyib.
Paşinyana “sürpriz”: reytinqi düşür, Qarabağ isə “əsas” deyil



Paşinyanın nüfuzu darmadağın olur- GƏRGİNLİK
Kreml üçün arzulanmaz mənzərə
Rusiya kanallarında Paşinyanla bağlı biyabırçılıq
Ayfon-15 Prodan narazıların sayı artır - Səbəb nədir?
Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim - Paşinyandan ŞOK YAZI
Ermənilər Moskva Bəyanatından razıdır? – SORĞU
Almanlar Türkiyəni NATO-da görmək istəyir?
Rusiyada şok NƏTİCƏ: aksiya istəyənlərin sayı...
Paşinyanın reytinqi açıqlandı – Hər kəs ŞOK İÇƏRİSİNDƏ
Çoxları soruşa bilər ki, Qarabağ... - Nikoldan Xankəndidə ŞOK SÖZLƏR
Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da... - Politoloq
Azərbaycandan daha çox bu ölkə bal alır
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 