Qalxanvari vəzi xəstəlikləri (el arasında - "zob") bir çox hallarda gizli inkişaf edərək ağır ürək xəstəlikləri, hamilə qadınlarda uşaqsalma, komaya səbəb ola bilər. Azərbaycanda "zob" ən yayılmış xəstəliklərdən biridir. ONN media sizə qalxanvari vəzi xəstəliklərinin 6 gizli simptomu ilə tanış edir.
1. Səbəbsiz arıqlama və ya əksinə çəkinin artması Qalxanvari vəzinin funksiyası artdıqda o, daha çox hormonları ifraz edir ki, bu zaman insan çox yesə də arıqlamağa başlayır. Əksinə isə qalxanvari vəzinin funksiyasında ləngimə olduqda hormonların ifrazı azalır və insan hətta ən ciddi pəhriz saxlasa belə arıqlamır, əksinə onun çəkisi arta bilər. 2. Daimi üşümə və ya əksinə istilik hissi Əgər siz səbəbsiz olaraq üşüyürsünüzsə və ya əksinə sizə daim istidirsə, qalxanvari vəzinizi yoxlayın. 3. Dərinin vəziyyətinin pisləşməsi Dəri ən böyük orqanımızdır və orqanizmdə gedən istənilən dəyişikliklər və pozulmlar dəridə özünü göstərir. Əgər dərinizdə birdən-birə iltihablar, səpgilər əmələ gəlibsə, dəri quru olub, tez-tez qaşınır və qabıq verirsə, bu qalxanvari vəzidə olan pozulmalara işarə edə bilər. 4. Əhvalın pis olması Qalxanvari vəzi hormonları bizim əhvalımıza çox ciddi təsir edir. Bu səbəbdən əhvalınız tez-tez səbəbsiz pis olursa, apatiya, həyacanlılıq, ağlağanlıq, panik tutmaları, aqressiv davranış kimi simptomlar əmələ gəlibsə, mütləq qalxanvari vəinizi yoxlayın. 5. Qəbizlik və ya ishal Qalxanvari vəz həzm sisteminin fəaliyyətinə ciddi təsir edir. Bu səbəbdən sizi səbəbsiz qəbizlik və ya ishal tez-tez narahat edirsə, bu qalxanvari vəzinin xəstəliyinin simptomu ola bilər. 6. Ürək ritminin pozulmaları Əgər sizdə təzyiq tez-tez qalxır-düşürsə, yüngül fiziki yükləmədən sonra təngənəfəslik, nəbzin artması kimi əlamətlər əmələ gəlirsə, bu endokrin problemlərə işarə edə bilər. (saglamolun.az)Zoba işarə edən 6 gizli simptom



Qaraciyərdə problemlərin olmasına işarə edən 9 SİMPTOM
Bu şəxslərə yodlaşdırılmış duz ziyan vura bilər
Ürək üçün ən vacib element və qida açıqlandı
Nə üçün hər gün 100-200 qr çuğundur yeməliyik?
Dərim niyə quruyur? Bilmədiyiniz SƏBƏBLƏR
Əllərin əsməsinin səbəbi nə ola bilər?
Qupquru, saman saçlar – Hansı xəstəlikdən xəbər verir?
Əllərin içi niyə qaşınır?
Bu hormonların pozulması köklüyə səbəb olur
Tez-tez acmaq, daim yemək istəmək: Ciddi səbəblər ÜZƏ ÇIXDI
Yatmadan öncə bunu edin
Ürək xəstəliyinin ilk gizli simptomu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 