ONN İnformasiya Agentliyi

Xəzər sahillərində 4 251 nəfər xəsarət alıb

Xəzər sahillərində 4 251 nəfər xəsarət alıb
22 İyul 2019 - 20:00

5 iyun-16 iyul tarixlərində İranın şimalında Gülüstan, Gilan və Mazandaran vilayətlərində Xəzər dənizinin sahillərində 4 251 nəfər xəsarət alıb.

ONN media bildirir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədr müavini Hamid Səccadi deyib.

H.Səccadinin sözlərinə görə, 4 251 nəfər təhlükəsizlik qaydalarına riayət etmədiyinə, bölgənin təbiəti ilə yetərincə tanış olmadığına, eləcə də çimərlik üçün nəzərdə tutulan ərazilərdən kənarda çimdiyinə görə xəsarət alıb.

Sədr müavini əlavə edib ki, qeyd olunan müddətdə Xəzər dənizində Mazandaran vilayətində 626, Gilan vilayətində 14 nəfər, Gülüstan vilayətində 9 nəfər xilas olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png