ONN İnformasiya Agentliyi

Xəzərdə neftçi batıb

Xəzərdə neftçi batıb
18 Noyabr 2019 - 15:39

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən ONN media-ya verilən xəbərə görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov  bildirib ki, dənizdə batdığı bildirilən İlqar Şərifov neftçidir:

“Lakin o, SOCAR-ın əməkdaşı deyil. İlqar Şərifov “AzGerneft”in əməkdaşıdır. “AzGerneft” MM isə SOCAR-ın birgə müəssisəsidir. Hadisə iş prosesi zamanı baş verməyib. İlqar Şərifov işdən sonra dənizdə batıb. Hazırda onun axtarışları davam etdirilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png