Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə bir qədər yüksək olacağı gözlənilir.
ONN media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə, əsasən də şərq rayonlarında normadan bir qədər çox olacağı ehtimal olunur:
“Fevral ayının ilk günləri hava bir qədər küləkli olsa da, nisbətən sabit və əsasən yağmursuz keçəcək. Birinci ongünlüyün ikinci yarısında isə hava dəyişəcək”.
U.Tağıyeva eyni zamanda xatırladıb ki, son 20 ilin fevral ayı ərzində Bakı şəhərində ən yüksək temperatur 2020-ci il fevralın 7-də 25 dərəcə isti qeydə alınıb:
"Lakin növbəti gün hava kəskin dəyişib, havanın temperaturu müsbət 9 dərəcəyə yaxınlaşıb, güclü külək bizi qışa qaytarıb. Çoxillik meteoroloji məlumatlara əsasən, Bakıda fevral ayı üçün ən soyuq hava 2012-ci ildə, daha dəqiq fevralın 8-i qeydə alınıb və Bakı şəhəri üçün görünməmiş 11 dərəcə şaxta ilə yadda qalıb. 2017-ci ilin fevralın 2-də paytaxt 29 sm-lik qar örtüyünə bürünüb. 2004-cü il fevralın 24-də Bakıda hər kvadrat metrə 43 litr miqdarında yağıntı düşüb, yəni bir sutkada 2 aylıq norma miqdarında güclü yağıntı qeydə alınıb. 2007-ci il fevralın 24-25-də Bakıda xəzri küləyinin sürəti saniyədə 35-41 metrədək şiddətlənib".



Fevralda hava necə olacaq?
Apreldə hava necə olacaq?
20 dərəcə şaxta, qar - Fevralın HAVA PROQNOZU
Yanvar ayına olan hava proqnozu AÇIQLANDI
Martda hava necə olacaq?
Fevralda hava necə olacaq?
Martda hava necə olacaq?
Noyabrda hava necə olacaq?
Oktyabr ayının hava PROQNOZU
İyul ayında 43 dərəcə isti olacaq
May ayında hava necə olacaq?
İyun ayının havası: 40 dərəcə isti...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 