Bakı şəhərinin ictimai nəqliyyatının təkmilləşdirilməsi ilə əlaqədar görülən zəruri tədbirlər çərçivəsində şəhərimizə gətiriləcək yeni 18 metrlik avtobuslarla sərnişinlərə xidmətin təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsini elan edir.
Agentlikdən ONN media-ya verilən məlumata görə, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair ödənişli nəzəri və praktiki təlimlər həyata keçiriləcək.
Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər işlə təmin olunacaq.
Təlimdə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:
1. Məhkumluq haqqında arayış (ASAN Xidmətdən);
2. Tibbi arayış;
3. “D” və “DE” kateqoriyalı sürücülük vəsiqəsi;
4. Şəxsiyyət vəsiqəsi.
Müsabiqədə iştirak etmək istəyənlər Zığ-Hövsan yolu 1-ci kilometr 1 ünvanında yerləşən “Sürücü Təlim Mərkəzi” MMC-yə müraciət etməlidirlər. Əlaqə nömrəsi: (+994) 50 254 11 38



Bakı Nəqliyyat Agentliyi vakansiya elan edir
BNA-da işləmək istəyənlərin diqqətinə
Ordumuzda sürücü işləmək istəyənlərin nəzərinə!
Əli Əsədov yeni qərar imzaladı
Kimlər taksi sürə bilməz? - QAYDALAR
Sürücülərin nəzərinə! “BakuBus” vakansiya elan etdi
Azad edilmiş ərazilərdə işləmək istəyənlərin NƏZƏRİNƏ
Din xadimi olmaq istəyənlər narkotik yoxlanışından keçiriləcək - YENİ TƏLƏBLƏR
ANAMA-da işləmək istəyənlərin NƏZƏRİNƏ
FHN sürücü axtarır
Yol polisi bu sürücülərdən tibbi arayış tələb edə bilər? - RƏSMİ CAVAB
FHN-də işləmək istəyənlərin nəzərinə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 