Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) din xadimi kimi işləmək istəyənlər üçün tələblər müəyyən edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən elan edilən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibədə iştirak etmək istəyən namizədlər 24 may 2022-ci il tarixindən 24 iyun 2022-ci il tarixə qədər aşağıdakı sənədləri təqdim etməlidirlər.
- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Tərcümeyi-hal;
- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Sağlamlıq haqqında arayış;
- Narkoloji dispanserdən arayış;
- Ruhi-əsəb dispanserindən arayış;
- Məhkumluq barədə arayış;
- Foto (3x4) (4 ədəd);
- Ərizə.
- Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcək.



Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə keçiriləcək
Azərbaycan məscidlərində bir ilk
FHN işçi axtarır
“Ehtiyat zabit hazırlığı kursu”na namizədlərin qəbulu başladı
Hacı Şahinin yerinə təyinat olub?- Rəsmi
DSX Akademiyasına qəbul elan edildi
Gizir olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu universitet tələbə qəbulu elan etdi
Nazirlik 28 yaşadək şəxslərə müraciət etdi - 30 AVQUSTADƏK...
Müdafiə Nazirliyi 28 yaşadək kişilərə müraciət etdi
Müdafiə Nazirliyi 30 yaşadək şəxslərə müraciət etdi
Diqqət- Nəticələr açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 