Bakı şəhərinin ictimai nəqliyyatının təkmilləşdirilməsi ilə əlaqədar görülən zəruri tədbirlər çərçivəsində şəhərimizə gətiriləcək yeni 18 metrlik avtobuslarla sərnişinlərə xidmətin təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsini elan edir. Agentlikdən ONN media -ya verilən məlumata görə, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair ödənişli nəzəri və praktiki təlimlər həyata keçiriləcək.
Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər işlə təmin olunacaq. Təlimdə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur: 1. Məhkumluq haqqında arayış (ASAN Xidmətdən); 2. Tibbi arayış; 3. “D” və “DE” kateqoriyalı sürücülük vəsiqəsi; 4. Şəxsiyyət vəsiqəsi. Müsabiqədə iştirak etmək istəyənlər Zığ-Hövsan yolu 1-ci kilometr 1 ünvanında yerləşən “Sürücü Təlim Mərkəzi” MMC-yə müraciət etməlidirlər. Əlaqə nömrəsi: (+994) 50 254 11 38.Bakı Nəqliyyat Agentliyi vakansiya elan edir



Avtobus sürücüsü işləmək istəyənlərin DİQQƏTİNƏ
BNA-da işləmək istəyənlərin diqqətinə
Ordumuzda sürücü işləmək istəyənlərin nəzərinə!
Sürücülərin nəzərinə! “BakuBus” vakansiya elan etdi
Əli Əsədov yeni qərar imzaladı
Kimlər taksi sürə bilməz? - QAYDALAR
FHN sürücü axtarır
Taksi sürücülərinə BƏD XƏBƏR
Din xadimi olmaq istəyənlər narkotik yoxlanışından keçiriləcək - YENİ TƏLƏBLƏR
Yol polisi bu sürücülərdən tibbi arayış tələb edə bilər? - RƏSMİ CAVAB
Bakı küçələrində yenilik- 12 küçədə...
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 