2018-2019-cu illər mövsümündən etibarən Avropa klubları futbolçu transferlərinə maksimum 100 milyon avro xərcləyəcəklər.
ONN media-nın məlumatına görə, bu barədə Avropa Klubları Assosiasiyasının (ECA) İtaliyanın paytaxtı Romada keçirilən Baş Assambleyasında qərar qəbul olunub.
Qərar UEFA İcraiyyə Komitəsinin 24 may toplantısında təsdiqləndikdən sonra növbəti mövsümdən qüvvəyə minəcək.
Belə məhdudiyyətə Fransa PSJ-sinin bu mövsüm Neymar və Kilian Mbappeninin transferlərinə 400 milyon avro xərcləməsi ilə bağlı narahatlıq səbəb olub.
Yeni qaydalara əsasən, klublar bundan sonra gerçəkləşdirəcəkləri keçidlər zamanı yalnız transfer haqqı və futbolçuların əmək haqlarını deyil, menecerlərə də ödənilmiş məbləği rəsmi saytları vasitəsilə açıqlamalı olacaqlar.
UEFA isə bundan sonra klubların maliyyə feyr-pleyi ilə bağlı məsələlərinə daha tez müdaxilə edəcək. İndiyədək Avropa futbol qurumu 18 - 22 ay ərzində müdaxilə edə bilirdisə, artıq vaxtında analiz apararaq, mövcud durumu üzə çıxarması mümkün olacaq.
Azərbaycan klublarından Bakı "İnter"i (hazırkı "Keşlə") maliyyə feyr-pleyini pozduğu üçün 2016-2017-ci illər mövsümündə Avropa kuboklarına buraxılmayıb, klubun 2017-ci ilin qış və yayında transferlər etməsinə qadağa qoyulub.



Klublarımız UEFA-dan nə qədər vəsait əldə edib?
UEFA AFFA-ya 14,1 milyon avro ayıracaq
"Qarabağ"FK Avropa Liqasından nə qədər qazanıb?
Çempionlar Liqası ləğv oluna bilər - Yeni format belə olacaq
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
Avropanın nəhəng klubları Superliqa yaradır
ÇL: “Qarabağ” bu mərhələni adlasa nə qədər qazanacaq?
UEFA hansı məsələləri müzakirə edəcək? - Bakıda BİR İLK
UEFA "Qarabağ"a 4 milyon avro ayırdı
Futbol üzrə Avropa çempionatları LƏĞV EDİLDİ
AVRO-2020: Bilet sifarişində REKORD qeydə alındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 