“Qarabağ”ın qapıçısı Mateuş Koxalski ABŞ-nin MLS Liqasına transfer imkanını rədd edib.
ONN media xəbər verir ki, 25 yaşlı qolkiper bu barədə “sport.pl” nəşrinə müsahibəsində bildirib.
Polşalı oyunçu karyerasını Avropada davam etdirmək istədiyini söyləyib:
“Avrokuboklarda oynamaq niyyətindəyəm. Məni burada çıxış edən klublar maraqlandıracaq. Bu səbəbdən MLS-ə transfer imkanını rədd etdim. Oradan sorğular var idi. Harada oynayacağımı bilmirəm, çünki buna bir neçə məsələ təsir edəcək. Arzum İngiltərə Premyer Liqasıdır. Lakin ehtiyat qapıçı olacağım komandaya getməyəcəm. Oynamaq və bir nömrə olmaq istəyirəm. Məni yalnız bu maraqlandırır”.
Koxalski UEFA Çempionlar Liqasında “Napoli”yə qarşı keçirdikləri matça xüsusi toxunub:
“Məğlubiyyətə baxmayaraq, bu qarşılaşmanı yaxşı xatırlayacam. Uduzduğumuz oyundan sonra heç vaxt razı qalmıram. Amma həmin vaxt çox müsbət şeylər baş verdi. Bir neçə yaxşı qurtarışım oldu. Təkcə yaxınlarımdan yox, başqalarından da təbriklər aldım. Matçdan sonra “Napoli”nin məşqçilər korpusundan bir nəfərlə danışdım. Məni təriflədi, Dedi ki, belə davam edim və inkişafdan qalmayım, çünki məni izləyəcəklər. Bu çox böyük motivasiya oldu”.
Mateuş Koxalski 2024-cü ilin avqustundan “Qarabağ”da çıxış edir.



Koxalski "Napoli" ilə oyundakı penaltidən danışdı
Koxalski “Qarabağ”dan gedir?
Koxalskinin transfer qiyməti bəlli oldu
ÇL: Koxalski ən yaxşı 3 qapıçı sırasında
"Qarabağ"dan ayrılan Şehiç karyerasını hansı klubda davam etdirəcək?
UEFA Qarabağın istəyinə rədd cavabı verdi
Noyer karyerasını nə vaxt bitirəcək?
"Qarabağ" 5 futbolçusu ilə vidalaşacaq
"Qarabağ" yeni futbolçu aldı
İlin ən yaxşı qapıçısı o seçildi
Millimizin qapıçısı başqa kluba transfer olunub
“Çelsi”nin sabiq futbolçusu: Heç vaxt Azərbaycan barədə neqativ şeylər eşitməmişəm
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 