"APOEL-in gücü hər kəsə məlumdur, hesab edirəm ki, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur" Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə APOEL-ə qarşı keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis bildirib ki, ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub. Qurbanov deyib ki, bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur: "Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən. Rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir, ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındılar, sayları az olsa belə stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdur, amma biz yalnız meydana konsentrasiya olmalıyıq". Qeyd edək ki, APOEL -"Qarabağ" matçı avqustun 6-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq (Report).
Bu barədə ətraflı danışmağa ehtiyac yoxdur - Qurbanov



Qurban Qurbanov "Nant"la oyundan danışdı
Qurban Qurbanovdan ilk açıqlama gəldi
Çox güc sərf etməliyik- QURBAN QURBANOV
Qurbanov tənqidlərə belə cavab verdi
“Qələbə qazanmaq istəyirik” - Qurban Qurbanov
Yeni futbolçular transfer olunacaq- Qurbanov açıqladı
Qurban Qurbanov növbəti oyundan danışdı: Hamımız qələbə gözləyirik
Qurbanovdan erməni təxribatına SƏRT REAKSİYA
Qurban Qurbanov məğlubiyyəti belə şərh etdi
Qurbanov: ""Aberdin"lə oyuna tam hazırıq"
Qurban Qurbanov - Vacib oyuna hazırlaşırıq
Qurbanov püşkü dəyərləndirdi: "Ciddi rəqiblə qarşılaşacağıq"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 