Bizim üçün hər oyun vacibdir. Onlardan birini də sabah keçirəcəyik. Hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək. ONN media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında söyləyib. “Mahir Emreli və Xayme Romero komanda ilə məşqlərə başlayıb. Onların “18-lik”də olmaq ehtimalı çoxdur. Sabahkı məşqdən sonra qərar verəcəyik. Araz Abdullayev də böyük ehtimalla oyunun heyətində olacaq”, - deyə Q.Qurbanov qeyd edib. “Qarabağ”ın baş məşqçisi sabahkı oyun haqqında komandaların şansları məsələsinə də münasibət bildirib: “İstəməzdim ki, komandaların bu oyunda şansları barəsində danışım. Faizlə demək istəməzdim. Qrupdakı digər nəticələri gördünüz. Bu oyuna görə fikir yürütmək düz deyil. Son matça qədər mübarizə gedəcək. Bütün komandaların qrupdan çıxmaq şansı var. Həm “Qarabağ”, həm də APOEL üçün çətin olacaq. İndi komandalar bir-birilərini daha yaxşı tanıyırlar”.
Qurban Qurbanov növbəti oyundan danışdı: Hamımız qələbə gözləyirik



Qurban Qurbanov "Nant"la oyundan danışdı
Qurbanov: ""Aberdin"lə oyuna tam hazırıq"
Qurban Qurbanovdan komanda ilə bağlı açıqlama
Qurban Qurbanov: Azarkeşlərimizi də başa düşürəm
“Qələbə qazanmaq istəyirik” - Qurban Qurbanov
Qurban Qurbanov - Vacib oyuna hazırlaşırıq
Qurbanov "Frayburq"la oyundan danışdı
Çox güc sərf etməliyik- QURBAN QURBANOV
Üçüncü qol artıq oldu - Qurban Qurbanov
Qurbanovdan erməni təxribatına SƏRT REAKSİYA
Qurban Qurbanov: “Norveçdən uğurlu nəticə ilə dönmək istəyirik”
"Qarabağ"a qarşı tədbirlər görməyə çalışacağıq - Sampaoli
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 