Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2018-ci ilin əvvəlindəki 60,1 faizdən cari ilin iyun ayının sonuna 52,9 faizə enib ki, bu da şəffaflaşma və nağdsız ödənişlərin genişləndirilməsi nəticəsində mümkün olub. ONN media xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, iqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da biruzə verir. Cari ilin iyul ayının 1-nə ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz, aktiv obyektlərin sayı isə 14 faiz artıb. M.Cabbarov əlavə edib ki, “kölgə” iqtisadiyyatının miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur: “Cari ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əmək haqlarının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi artıq mühüm fiskal nəticələr verməkdədir. Güzəştin tətbiqi nəticəsində cari ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək müqavilələri sayının 75 faizini təşkil edir. Ən son məlumata görə cari ilin 7 ayının yekunu üzrə ölkədə cəmi əmək müqavilələrinin sayında ilin əvvəlindən 109 minə qədər, o cümlədən qeyri-dövlət bölməsində 84 minə qədər artım olub”.
Azərbaycanda nağd pul kütləsi azalıb - SƏBƏB?



Azərbaycanda vergi ödəyicilərinin sayı artıb
Son üç ayda e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub
Vergilər Nazirliyindən növbəti xəbərdarlıq
Biznes strukturlarının vergi islahatlarından məmnunluğu onların şəffaf fəaliyyəti ilə birbaşa bağlı olacaq
Azərbaycanda pul kütləsi artıb
Bu şəxslərin maaşı artıb
Azərbaycanda 7 ayda nə qədər insan vəfat edib?
ŞAD XƏBƏR: Bu işçilərin maaşları artdı
Bu şəxslərin məlumatları vergi orqanına veriləcək
Mikayıl Cabbarov vergi qanunvericiliyində ediləcək dəyişiklikləri açıqladı
Azərbaycanda orta aylıq nominal əməkhaqqı artdı
Azərbaycanda pensiyaçıların sayı açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 