Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.
ONN media xəbər verir ki, 2018-ci ilin may ayına görə vergi ödəyiciləri tədiyəçisi olduqları əlavə dəyər vergisi bəyannaməsini, aksiz bəyannaməsini, yol vergisi bəyannaməsini, mədən vergisi bəyannaməsini, pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini cari ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.
Qeyd olunub ki, daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməldir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir.
Muzdlu işlə əlaqədar 2018-ci ilin may ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən bəyannamə illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri tərəfindən 2-ci rüb üzrə bəyannamə iyul ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).
Xüsusi notariusların 2018-ci ilin may ayı üzrə hesabladığı gəlir vergisi cari ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (cari ilin 2-ci rübü üzrə bəyannamə iyul ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).
Nazirlikdən bildirilib ki, bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur.



Bu vergilər dövlət büdcəsinə ödənilməlidir
Bəzi vergi bəyannamələrində dəyişiklik edildi
Vergi ödəyicilərinə hansı güzəştlər ediləcək? - RƏSMİ AÇIQLAMA
Bu şəxslərin məlumatları vergi orqanına veriləcək
Bu şəxslərə şad xəbər- Ödəmələrin vaxtı uzadıldı
Nazirlikdən vergi ödəyicilərinə MÜRACİƏT
Baş nazirdən vergi ödəyiciləri ilə bağlı qərar
Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət etdi
Azərbaycanlı bloqerlər vergi ödəməli olacaq?
Vergilər Nazirliyindən vergi ödəyicilərinə MÜRACİƏT
Karqoya nəzarət mexanizmi gücləndirilir - Sanksiyalar olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 