Planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) dayandırılması ilə əlaqədar SOCAR 120 min tonadək Aİ-92 markalı benzin idxal edə bilər.
ONN media xəbər verir ki, bu barədə “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, benzinin bir qisminin Rusiyadan, bir qisminin isə Qara Dəniz regionu ölkələrindən idxalı planlaşdırılır.“Lakin ötən ilin təcrübəsi göstərir ki, nəzərdə tutulan həcmlərin idxalına ehtiyac olmayıb. Ona görə də ehtimal var ki, planlaşdırılan rəqəmdən az benzin idxal olunacaq”, - deyə İ. Əhmədov qeyd edib. O həmçinin bildirib ki, ölkəyə benzinin idxalı qısamüddətli olduğu üçün daxili bazarda sözügedən yanacağın qiymətinə heç vaxt təsir göstərməyib və bu dəfə də təsir etməyəcək.BNEZ planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə oktyabrın 4-dən işini dayandırıb. Müəssisənin işinin bu ayın 24-də bərpa ediləcəyi planlaşdırılır.Xatırladaq ki, NEZ-də yeni ELOU-AVT, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya və əlavə Hidrogen istehsalı qurğularının tikintisi nəzərdə tutulub. Paralel olaraq, 2021-ci ildə ölkədə Avro-5 standartlarına cavab verən avtomobil yanacaqlarının istehsalının yaradılması, yeni qurğuların istismara verilməsinə qədər mövcud qurğuların növbəti 4-5 il ərzində etibarlı istismarının təmin edilməsi məqsədi ilə adıçəkilən qurğularda müəyyən kiçik yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Yenidənqurma və modernizasiya işlərinin aparılmasından sonra NEZ-in gücü 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq. BNEZ-in modernləşdirilməsi və yenidən qurulması layihəsi 2025-ci ilədək başa çatdırılacaq.(Bakuws)



SOCAR-dan sürücülərin narazılığına CAVAB VERİLDİ
Bakının neft emalı zavodu işini dayandırdı
“Aİ-92” markalı benzinin istehsalı dayandırılır
SOCAR-dan benzinin qiyməti ilə bağlı AÇIQLAMA
Aİ-92 benzini ilə bağlı qərarın hansı təsirləri olacaq?
SON DƏQİQƏ: "Aİ-95" və "Aİ-98" benzinin qiyməti QALXACAQ
SOCAR-dan benzin qiymətləri ilə bağlı - AÇIQLAMA
"Aİ-95" və “Ai-98” benzin bahalaşdı - RƏSMİ SƏBƏBLƏR
Aİ-95 markalı benzinlə bağlı YENİLİK
SOCAR-da yüksək vəzifəyə növbəti TƏYİNAT
Ölkəmizdə bu benzinin də qiyməti bahalaşdı
SON DƏQİQƏ: Ölkədə bu benzinin də qiyməti bahalaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 