1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın (bundan sonra İTS) bütün ölkə üzrə tətbiqi məqsədilə keçən ilin sonlarında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra Qanun) dəyişiklik edilib və ölkə başçısı tərəfindən “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalanıb. Fərmana uyğun olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (bundan sonra TƏBİB) publik hüquqi şəxs yaradılıb və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edilib. ONN media xəbər verir ki, baku.ws-in sorğusuna cavab verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlayıb ki, qanuna əsasən xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissə üzrə tibbi xidmətlər (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) dövlət büdcəsi hesabına göstəriləcək. Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. Aşağıdakı şəxslər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək: 1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. 2. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər. 3. Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər). Ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığortahaqqı dövlət büdcəsi hesabına ödəniləcək. Belə ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qrupları icbari tibbi sığorta haqqı ödəməkdən azaddırlar: •18 yaşınadək şəxslər •23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər •Pensiyaçılar •Sosial müavinət almaq hüququna malik olan şəxslər •Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri •Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar •Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar Bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.
Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq – RƏSMİ



Bu şəxslər pulsuz müalicə olunacaqlar
Vətəndaşlar BU ANALİZLƏRİ pulsuz verə biləcək
Ölkədə tibbi arayışlar ödənişli olacaq?
TƏBİB-dən yeni təyinat
Pulsuz tibbi xidmət hansı xəstəxanalarda keçərlidir? - SİYAHI
ŞAD XƏBƏR - Bu işçilərin MAAŞLARI ARTIRILDI
Vasif Talıbov Dövlət Agentliyinin statusunu dəyişdi
Azərbaycanda bu şəxslər pulsuz xidmətlərdən yararlana bilər - RƏSMİ
Tibbi sığorta ilə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edilib
Baş Nazirdən daha bir qərar: 90 manat...
Yanvarın 1-dən etibarən maaşınızdan pul tutulacaq - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 