“Hazırda pensiyanın minimum məbləğinin artırılması üçün hesablama işləri aparılır. Bunun nəticəsindən asılı olaraq artımla bağlı müəyyən qərar qəbul ediləcək”. ONN media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyində keçirilən mətbuat konfransında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov deyib.
O, hər ilin əvvəlində ölkə başçısının tapşırığına uyğun olaraq pensiyaların indeksləşdirilməsinin həyata keçirildiyini vurğulayıb: “Nəzərdə tutulub ki, yalnız indeksləşdirmə xərcləri hesabına pensiya məbləği artacaq. Bunun əsasında təxminən 200 manat pensiya alan şəxsin pensiyası növbəti ilin yanvar ayından sonra 27-30 manat civarında artacaq”.
Yeni il qabağı pensiyaların əvvəlcədən ödənilib-ödənilməyəcəyinə toxunan direktor pensiya ödənişlərinin müəyyən qrafik əsasında həyata keçirildiyini bildirib: “Bayram günləri olduqda isə pensiya ödənişi həmin qrafikə nəzərdə tutulan vaxtdan daha əvvəl həyata keçirilir. Yeni il bayramı ərəfəsində də pensiyaların qrafikdə nəzərdə tutulan müddətdən daha tez ödəniləcəyi gözlənilir”.



Pensiya alanlara ŞAD XƏBƏR
1 milyon 140 min nəfərin pensiyası artacaq
Pensiya yaşı azaldılacaqmı? - Sədrdən açıqlama
Pensiya alanların nəzərinə!
Pensiya alanların nəzərinə: iyulun 15-də...
Pensiyalarla bağlı xəbər var
Pensiya alanların NƏZƏRİNƏ
Pensiyalar nə qədər artırıldı? - Nazirlik açıqladı
Azərbaycanda aylıq 18 min manat pensiya alan var - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 