Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları 17 milyon əhalisi olan Türkiyənin İstanbul şəhərinin sərnişindaşıma sahəsində təcrübəsini öyrənmək və Azərbaycanda tətbiq etmək məqsədi ilə təcrübə-mübadiləsi proqramında iştirak edib. "Report"un xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin İstanbul Elektrik Tramvay Tunel Idarəetmə Mərkəzinin (İETT) və bu quruma bağlı Metrobus xidmətinin rəhbərliyi və texniki əməkdaşları ilə görüşlər keçirən heyətə İstanbulda ictimayi nəqliyyatın idarəolunması prosesi haqda məlumatlar verilib. Mərkəzin bazarlarında yerləşən manitorlar vasitəsilə nəqliyyat sisteminin metro, metrobüs, və tramvaylara keçişləri göstərilib, qurumun sürücülərlə elədə də sərnişinlərlə bilavasitə əlaqəsini quran sistemlərin tətbiq olunduğu deyilib. İctimai nəqliyyatda sərnişinlərin təhlükəsiz, sürətli və rahat şəkildə məzil başına çatması üçün Avropa ölkələrində tətbiq olunan son texnalogiyalardan faydalanıldığı bildirilib. İETT-Nəqliyyat dairəsi müdiri Hasan Çelikdələn "Report`a açıqlamasında deyib ki, Türkiyə son illər bir çox sahələrdə Azərbaycanla əməkdaşlıq edir və ictimai nəqliyyatın idarə olunması sahəsində təcrübə mübadiləsi hər iki ölkə üçün əhəmiyyətlidir. O, bunun üçün rəhbərlik etdiyi qurumun lazımi dəstək verməyə hazır olduğunu bildirib və BNA-nın əməkdaşlarına İstanbulun ictimai nəqliyyatının bilinən və bilinməyən tərəfləri haqda məlumatlar verib, onları simulyasiya mərkəzi ilə tanış edib. BNA-nın Nəqliyyat İnfrastrukturunun təşkili şöbəsinin sektor müdiri Vüqar Məmmədzadə "Report"a açıqlmasında deyib ki, təcrübə proqramına qatılmaqda əsas məqsəd Bakı şəhərində ictimai nəqliyyatının idarəolunması üçün yaradılacaq vahid dispecer xidmətinin formalaşdırılması üçün məhz Türkiyənin təcrübəsindən istifadə olunmasıdır: “Biz bu təcrübə proqramında Türkiyəli mütəxəssislərin hansı işlər gördüyünü, sərnişindaşımanı neçə təşkil etiklərini, hansı problemlərlə rastlaşdıqlarını araştırıb onların bizə verdiyi tövsiyyələrdən istifadə edəcəyik". Sektor müdiri onu da deyib ki, təcrübə proqramının növbəti mərhələsində alternativ nəqliyyat vasitələri öyrəniləcək: “Dünya ölkələrində daha çox istifadə edilən nəqliyyat vasitələrinin Bakı şəhərində tətbiqini planlaşdırırıq. Ancaq bizim qarşımızda duran ilk məqsəd sərnişin daşınması sahəsində, xüsusilə avtobusların fəaliyyətini təkmilləşdirməkdir. Daha sonra istisna olunmur ki, digər nəqliyyat növlərini də gələcəkdə paytaxtımıza gətirəcəyik. Ehtiyac duyulduğu halda Bakıda tramvay nəqliyyatı yenidən canlanacaq və metrobüs nəqliyyatının tətbiqi üçün laiyhələrin reallaşdırılması nəzərdə tutulacaq. Ancaq bu gün qarşımızda duran əsas məsələ Bakı sərnişinlərinin avtobus nəqliyyatına olan inamını yenidən geri qaytarmaqdır. Bunun üçün gərgin iş rejmində çalışırıq. Bununla yanaşı artıq bütün avtobuslarda kart sisteminin tətbiqi ilə bağlı işlərə başlanılıb, bu işlər iki istiqamətdə gedir. Birinci proqram təminatı, ikincisi isə avtobusların kabelləşdirilməsidir. Kart avadanlıqlarının qoyulması üçün avtobuslarda montaj işləri gedir. Məqsədimiz odur ki, sürücü səhər sükan arxasından oturandan avtobus axşam qaraja gedənə qədər bütün baş verənləri izləyə bilək. Bu gün avtobusların hərəkət cədvəlində müəyyən pərakəndəlik var, bununda qarşısı alınacaq və sistemli şəkildə Nəqliyyatın İntelektual İdarəedilməsi Mərkəzi tərəfindən avtobuslarda real vaxt rejimləri tətbiq olunacaq. Məqsədimiz bu sahədə sərnişinlərin məmnuniyyətini və rahatlığını təmin etməkdir”.
Bakıda metrobuslar fəaliyyətə başlaya bilər - YENİLİK



Bakıda yeni nəqliyyat növləri yaradılacaq
İstanbulda metrobus qəzası, 10 yaralı var
İstanbulda 6 ildən sonra İLK - İMAMOĞLUNDAN QƏRAR
İstanbulda 2 metrobus toqquşdu
İstanbul metrosunda “Qanlı Yanvar” adlı fotosərgi təşkil olunub
Özoraldan Yıldırım-İmamoğlu debatına - Münasibət
İstanbulda fabrikdə güclü yanğın olub
Bakıda taksi fəaliyyəti ilə bağlı yeni normativlər tətbiq ediləcək
Karantinin uzadılmasına görə ictimai nəqliyyatda hansı tədbirlər görüləcək?
İstanbulda 3 mərtəbəli bina çökdü
İstanbulun sabiq bələdiyyə sədri vəfat etdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 