Azərbaycanda axtarışda olan şəxslərin tapılmasında polisə kömək edən vətəndaşlara mükafatlar nəzərdə tutulub. ONN media xəbər verir ki, bu barədə Bakı.ws-ə DİN-dən məlumat verilib. "Cinayətkarlıqla mübarizədə əldə olunmuş uğurlarda elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən geniş istifadə edilməsi, profilaktiki işin səmərəsinin xeyli artırılması ilə yanaşı, heç şübhəsiz ki, polis-vətəndaş münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində görülmüş işlərin böyük rolu olmuşdur. Təcrübə göstərir ki, qeydə alınmış cinayətlərin müəyyən qismi də məhz vətəndaşların kriminal hadisələr, yaxud hüquq pozuntuları barədə qabaqcadan polis orqanlarına məlumat vermələri, ictimaiyyətin fəal nümayəndələrinin, cinayətkarlıqla mübarizədə böyük təcrübə qazanmış sabiq əməkdaşların- polis, prokurorluq və digər hüquq-mühafizə orqanları veteranlarının yaxından iştirakı ilə açılır. Məmnunluqla qeyd etmək istərdik ki, DİN rəhbərliyi vətəndaş-polis münasibətlərinin inkişafına həmişə böyük əhəmiyyət vermiş, bu dəstəyin polisin fəaliyyətində hər zaman vacib, əsas amillərdən biri olduğunu qeyd edilmişdir.Cinayətkarlıqla mübarizə, təhlükəsizliyin təmini bütün cəmiyyətin marağında olduğundan və hər bir şəxsin mənafeyinə toxunduğundan bu işdə hüquq-mühafizə orqanlarına yardım göstərilməsi, dəstək verilməsi ilk növbədə onlar tərəfindən bir vətəndaşlıq borcu anlamına gəlir. Təbii ki, bu işdə fərqlənən vətəndaşlar aidiyyatı üzrə polis orqanları rəislərinin təqdimatına uyğun olaraq DİN rəhbərliyi tərəfindən mükafatlandırıla və ya rəğbətləndirilə bilərlər",-deyə məlumatda qeyd olunur.
Polisə bu məlumatları verənlər PUL ALACAQLAR



Bakıda insident: Vətəndaş polisi vurdu
Vilayət Eyvazovdan Bakı polisinə xüsusi tapşırıq
Kriminal avtoritet stomatoloji kresloda ÖLDÜRÜLDÜ
Ölkəyə narkotik maddələr gətirməyə cəhdlər çoxalıb - Nazir
DİN-in Teleqram səhifəsi fəaliyyətə başladı
Vilayət Eyvazov Prezidentə və Birinci Vitse-prezidentə təşəkkür etdi
Bakıda dilənçi DƏHŞƏT SAÇDI - 2 polis yaralandı
Polisdən örnək addım
Bakıda QORXUNC HADİSƏ - Özünü qumbara ilə partlatdı, 3 polis...
Bakıda axtarışda olan şəxs tutuldu
Vilayət Eyvazov polisləri təbrik etdi
Polisə dəstək üçün "Ağıllı" cihaz
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 