Qəsəbədaxili küçə və yollar icra orqanlarından alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verildiyi 11 ay ərzində 267 km uzunluğunda qəsəbədaxili küçə və yol təmir edilib. 11 ay ərzində Bakının Sabunçu, Xətai, Yasamal, Binəqədi, Səbail, Nizami, Nərimanov, Xəzər, Suraxanı, Pirallahı, Qaradağ və Nəsimi rayonları olmaqla, ümumilikdə 12 rayonunun bərbad vəziyyətdə olan yollarına asfalt-beton örtüyü döşənib. Sözügedən yollar icra hakimiyyətlərinin balansında olduğu illər ərzində bərbad halda olub. İcralara sözügedən yolların təmiri ilə bağlı tapşırıqlar verilsə də, yol problemi heç vaxt həllini tapmayıb. ONN media xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, işlərə bu ildən, ölkə başçısının bununla bağlı müvafiq tapşırığına əsasən start verilib: “Bu yollar əvvəl icra orqanlarının balansında olduğu üçün bizim qurum sözügedən yolların təmirini həyata keçirmirdi. Prezidentin müvafiq tapşırığından sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qəsəbədaxili yolların təmirinə başladı. Hazırda qəsəbələrarası yollarla bərabər həm də qəsəbədaxili küçələrin də təmirini həyata keçiririk”. Agentlik sözçüsü bildirib ki, ilkin olaraq vətəndaşların müraciəti əsasında işlər aparılır: Ən çox haradan müraciətlər varsa, ilk olaraq o nəzərə alınaraq yolun təmiri həyata keçirilir. Həmçinin, ilkin olaraq əsas istifadədə olan yollar, sosial obyektlərin yerləşdiyi ərazilər, xəstəxana, bağça, məktəb yollarının təmiri nəzərə alınır. Daha sonra isə bir neçə rayonda paralel şəkildə işlər aparılır. Əməkdaşlarımız da araşdırma aparıb bərbad vəziyyətdə olan qəsəbədaxili yolları müəyyən edirlər. Bu araşdırma zamanı belə qənaətə gəlinib ki, 62 qəsəbə üzrə 2200 km bu cür torpaq, çınqıl örtüklü yolun asfaltlanmasına ehtiyac var. Bununla bağlı tədbirlər planı hazırlanıb və 2023-cü ilə qədər bu tədbirlər planına uyğun olaraq işlər həyata keçiriləcək. Nəzərdə tutulub ki, 2023-cü ilə qədər 2200 km torpaq və çınqıldan ibarət olan qəsəbədaxili olan yol asfaltlanacaq”.
Bakıda icraların təmir etmədiyi yollar… - Foto



Neftçalanın bərbad yolları – AAYDA nə vaxt təmir edəcək?
Bakının bu küçəsi əsaslı təmir edilib
Bakının bu qəsəbələrində 7,5 kilometrlik yol təmir olunur
Bakıda bu küçə təmir edildi
Bakıda bu qəsəbənin bütün yolları yenilənəcək
Avtomobil Yolları Dövlət Agentliyinin balansına yeni yollar verildi
Bakıda bu küçənin bir hissəsi təmir edildi
Bakıda bu küçə də təmir edildi
Bakı Dairəvi-1 yolunda təmir gedir - Foto
Sabahdan bu ərazidə hərəkət məhdudlaşdırılacaq
Yasamal rayonunda yollar asfaltlanır
Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 