ONN media milli.az -a istinadən bu günün qoroskopunu təqdim edir. Qoç - Günün başlanğıcı çox mürəkkəb olacaq. Emosional fon sabit deyil, siz vurnuxur, özünüzü ora-bura çırpırsınız. Amma xoşbəxtlikdən, bu hal uzun sürməyəcək, siz tez sakitləşəcək, özünüzü ələ alacaqsınız. Məşğul olduğunuz işdə xeyli irəli düşə bilərsiniz. Əməyinizin bəhrəsi gözlədiyinizdən qat-qat yüksək olacaq. Buğa - Kommersiya fəaliyyəti, sövdələşmələr üçün yaxşı zamandır. Düzdür, bu vaxt sizin daha çox pullar barədə düşünməniz sizi yaxşı tanımayan adamlarda düzgün olmayan təəssürat yarada bilər: sizi praqmatik, məncil biri kimi görəcəklər. Əkizlər - İşgüzar baxımdan xoş gündür. Son zamanlar sizi çox narahat edən mürəkkəb və ciddi işdə irəliləyiş mümkündür. Rəhbərlik sizin işinizi qiymətləndirir. Əməkhaqqının artmasını və ya karyerada irəliləyiş gözləyə bilərsiniz. Yeni tanışlıq üçün yaxşı gündür. Ünsiyyətə açıq insanlar sizə doğru can atırlar. Qiymətli kağızlar və ya aksiyalar ala, öz biznesinizə yatırım edə bilərsiniz. Səfərdə olan Əkizləri maraqlı macəralar gözləyir. Xərçəng - Vacib görüşləri və danışıqları, yaxşı olar ki, səhər çağına planlaşdırasınız - məhz bu dövr diqqətəlayiq məsələlərin müzakirəsi üçün daha uğurludur. Eyni zamanda, maliyyə və əmlak məsələlərini həll edə, büdcəni planlaşdıra, lazım gələrsə, kredit götürə bilərsiniz. Şir - Özünüzü ələ alın. Heç olmasa zahiri sakitlik və soyuqqanlılıq bu gün yaranan problemləri yoluna qoymaqda işinizə yarayacaq. Amma emosiyalarınızı yığışdırmasanız, problemləriniz üst-üstə qalaqlanacaq. Başqa bir təhlükə isə havayı yerə ümidlənməyinizdir, iş görmək lazım olan yerdə uğura ümid edib oturursunuz. Tənbəllik etməyin. Sizin işlərinizi heç kim sizdən yaxşı yerinə yetirə bilməz. Qız - Günün birinci yarısı çox uğurlu keçir. Məhsuldar işləyir, mürəkkəb problemlərin öhdəsindən asanlıqla gəlirsiniz. Nüfuzlu insanların rəğbətini qazana biləcəksiniz, onlar böyük həvəslə çətinlikləri aşmaqda sizə yardım edəcəklər. İntellektual potensialınızdan əlavə, məlahətiniz də güclüdür, işgüzar münasibətlər asanlıqla romantik məcraya yönəlir. Axşama doğru isə vəziyyət dəyişəcək. Emosiyalarınız ağlınıza üstün gələcək və siz yersiz hərəkətlər edəcəksiniz. Tamahınızı yığışdırın, yoxsa sonra peşmanlıq çəkəcəksiniz. Tərəzi - Bu gün sizin məlahətiniz çox işinizi irəli salacaq: müxtəlif insanlarla münasibət qurmaq, fikir ayrılıqlarını aradan qaldırmaq, məhsuldar əməkdaşlığa başlamaq asan olacaq. Əgər bu günə işə qəbulla bağlı görüş təyin olunubsa, narahat olmayın, əla keçəcək.
Günün qoroskopu: Sakit olun, təmkininizi pozmayın!



Günün qoroskopu: Sakit olun, təmkininizi pozmayın!
Günün qoroskopu: sakit olun, təmkininizi pozmayın
Günün qoroskopu: İşgüzar məsələləri müzakirə etmək olar
Günün qoroskopu: İşgüzar məsələləri müzakirə etmək olar
Günün qoroskopu: işgüzar məsələləri müzakirə etmək olar.
Günün qoroskopu: Qarışıq, mürəkkəb gündür
Günün qoroskopu: şəxsi həyatınızda dəyişikliklər mümkündür
Günün qoroskopu: Şəxsi həyatınızda dəyişiklik olacaq
Günün qoroskopu: Populyarlıq, diqqət, kompliment arzusundasınız?
Günün qoroskopu: yaxınlarınızı tələsdirməyin
Günün qoroskopu: bütün diqqətinizi və vaxtınızı işə sərf etməyin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 