"Vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artırılması şübhəsiz ki, Vergilər Nazirliyinin insan resurslarına, kadrların peşəkarlığına tələbləri artırır".
ONN media xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, qarşıda duran hədəf və məqsədlərin həyata keçirilməsində aparıcı qüvvə məhz analitik düşüncəyə, müvafiq bilik və bacarıqlara sahib olan insan resurslarıdır.
M.Cabbarov qeyd edib ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb.
"Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir", deyə nazir vurğulayıb.
Nazir əlavə edib ki, vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək: "Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apellyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq".



Vergilər Nazirliyindən ciddi xəbərdarlıq
Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişiklikləri acıqlayacaq
Nazir: "Vergi yoxlamalarının sayı azaldılacaq"
Vətəndaşlara ŞAD XƏBƏR
Azərbaycanda Vergi Ombudsmanı yaradılacaq
Biznes strukturlarının vergi islahatlarından məmnunluğu onların şəffaf fəaliyyəti ilə birbaşa bağlı olacaq
Azərbaycan ilə Yaponiyanın vergi xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanlı bloqerlər vergi ödəməli olacaq?
Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
Mikayıl Cabbarov Lissabonda keçirilən “Rəqəmsal İqtisadiyyat”a dair Vergi Sammitində iştirak edib
Vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını müdafiə edəcək
Mikayıl Cabbarov Fazil Məmmədovun işdən çıxartdığı rəisə vəzifə verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 