Prezident İlham Əliyevin fevralın 13-də imzaladığı fərmanla “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli və “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2018-ci il 7 fevral tarixli 1819 nömrəli fərmanlarında dəyişiklik edilib. Bu dəyişiklik güzəştli mənzillərin əvəzləşdirilməsi ilə bağlıdır. Dəyişikliyin əsas məqsədi mənzillərin əvəzləşdirilməsinə yol verilən halları aradan qaldırmaqla elektron kabineti olan digər şəxslərin güzəştli mənzil əldə etmək imkanlarını daha da genişləndirməkdir. Qeyd edək ki, dəyişiklik edilən sənədlərdə güzəştli evlərin gələcəkdə əvəzləşdirilməsi imkanı nəzərdə tutulurdu. Yəni güzəştli evi alan şəxs, sonradan, məsələn ailə üzvlərinin sayıınn artması və ya başqa hansısa səbəbdən mənzili daha böyük mənzillə əvəz etmək üçün müraciət edə bilərdi. Doğrudur, bunun üçün heç bir mexanizm yox idi, amma ilkin olaraq belə bir hüquq tanınmışdı. İndi isə dövlət başçısının fərmanı ilə sözügedən sənədlərə dəyişiklik bu əvəzləşdirməni istisna edir. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatına görə, dəyişiklik güzəştil ev almaq istəyən vətəndaşların imkanlarını daha da genişləndirəcək. Məsələ bundadır ki, sözügedən hüququn olması bir şəxsin güzəştli mənzili gələcəkdə dəyişməsinə, yəni sadə desək, bu hüquqdan bir neçə dəfə istifadəsinə imkan verə bilərdi. Bu da digər şəxslərin hüquqlarını məhdudlaşdıra bilərdi. Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. Hazırda “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxslərin sayı 14 mindən çoxdur. Qeyd edək ki, Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin satışı başa çatdırılmış və bugünədək 1600-dən çox ailə güzəştli mənzilə sahib olmuşdur. Yaxın vaxtlarda Agentliyin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək.
DİQQƏT- Güzəştli mənzillərlə bağlı xəbər var



Prezidentdən güzəştli mənzillərlə bağlı — MÜHÜM FƏRMAN
Evi olmayanların NƏZƏRİNƏ – Güzəştli mənzillərin satışı başladı
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Güzəştli şərtlərlə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Güzəştli evlərlə bağlı son nəticə
Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ- Qaydalar dəyişdi
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR
Güzəştli mənzillərin seçimi ilə bağlı YENİ XƏBƏR
Sabahdan "güzəştli mənzil"lərin satışına başlanılır
Növbəti güzəştli mənzil satışının TARİXİ AÇIQLANDI
SON DƏQİQƏ: MİDA nəticələri ilə bağlı həbs edilənlər var
Daha 503 güzəştli mənzil satıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 