Mərkəzi Bankın mətbuat xidmətindən ONN media-ya bildirilib ki, Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin informasiya təhlükəsizliyi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartına uyğunluğu təsdiq edilmişdir
24 aprel 2018-ci il, Bakı: Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin təhlükəsizliyinin davamlı olaraq gücləndirilməsi, onların etibarlı və fasiləsiz fəaliyyətlərinin təşkili məqsədilə innovativ informasiya-kommunikasiya texnologiyaları (İKT) həllərinin tətbiqi və qabaqcıl standartlara uyğunluğunun təmin edilməsi xüsusi diqqət mərkəzində saxlanılır.
Bu sahədə aparılan davamlı təkmilləşmə işləri çərçivəsində Mərkəzi Bankın Banklararası Kart Mərkəzinin infrastrukturu bu yaxınlarda beynəlxalq PCI-DSS v3.2 standartının tələblərinə uyğun olaraq qiymətləndirilmiş və müvafiq sertifikata layiq görülmüşdür.
Eyni zamanda, Mərkəzi Bankda fəaliyyət göstərən ikinci digər mühüm informasiya sistemi də beynəlxalq standartlara müvafiq olaraq qiymətləndirmə və diaqnostikadan keçirilmiş və bugünlərdə Britaniya Standartlar İnstitutu tərəfindən beynəlxalq sertifikata layiq görülmüşdür. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə edilmiş Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzi (BSXM) informasiya təhlükəsizliyi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartının tələblərinə uyğunluğu baxımından geniş təhlil və diaqnostika olunmuşdur. Britaniya Standartlar İnstitutu tərəfindən aparılan audit nəticəsində Mərkəzi Bankda İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sisteminin və BSXM-in ISO/IEC 27001:2013 beynəlxalq standartının tələblərinə cavab verdiyi təsdiq edilmiş və müvafiq sertifikat təqdim olunmuşdur.
BSXM-in funskional fəaliyyəti "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Mərkəzi Bankın korporativ informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə təkmil elektron imzalardan istifadənin təmin edilməsidir. BSXM-in təkmil elektron imzaları böyük infrastruktura malik olan Milli Ödəniş Sistemləri daxil olmaqla, bir sıra informasiya sistemlərində şəxsin identifikasiyası, məlumatın tamlığının və məxfiliyinin qorunması məqsədilə istifadə edilməkdədir.
Qeyd edilən standart ISO/IEC 27000 standartlar ailəsindən olan və təşkilatda informasiya aktivlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sistemi üzrə tələbləri özündə əks etdirən qabaqcıl standartdır.



Beynəlxalq Bankın rəhbərliyində dəyişiklik – Yeni təyinatlar
Mərkəzi Bankda “Elektron Xidmətlər Portalın”nın istismara verilməsi ilə bağlı təqdimat keçirilib
Mərkəzi Bankdan əhaliyə müraciət
Azərbaycanda bir bankın lisenziyası ləğv edildi
Heydər Əliyevlə bağlı pul nişanları satışda
Mərkəzi Bankdan TƏCİLİ AÇIQLAMA
Mərkəzi Bankın bu işçiləri işdən çıxarıldı?
İlham Əliyev fərman imzaladı
Mərkəzi Bankda Qlobal Pul Həftəsi münasibətilə tədbirlər keçirilmişdir
Mərkəzi Bankda “Blockchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı tədbir keçirilib
Mərkəzi Bankda media nümayəndələri üçün təlimlər keçirilmişdi
Azərbaycanın valyuta ehtiyatları 53 milyard dolları keçdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 